Müxalifət nə istəyir?

1382785_477045592393895_1520935847_n

Dəyərli oxucularım. Sosial şəbəkələrdə rastlaşdığım bəzi nüanslar məni bu yazını yazmağa vadar etdi. Demək belə , hər birimiz bilirik ki, 9 noyabr -Bayraq günü kimi o önəmli bir tarixdir və bu tarixin istər dövlət, istərsədə xalq tərəfindən qeyd olunması təqdirə layiqdir. Beləki bu günü qeyd etmək bizə həm xaricdə tanınmaq, ölkəmizi təbliğ etmək , həmdə öz daxilimizdə bir daha bayrağımıxzın varlığı ilə öyünmək üstünlüyünü verir.

Ancaq gəlin baxaq görək müxalifət yenə neynir???

Bayraq günü facebook sosial  şəbəkəsində özlərinə müxalifət deyən bir qrup gənc öz pozuculuq fəaliyyətlərinə davam edərək məhz bayraq günü üçün təşkil olunmuş fləşmobun mənası və gərəksiz olduğunu vurğulayır, dövlətin boş-boş işlərlə insanların başını qatdığını yazdılar. Bu tərzdə düşünən qrup və səhifə adminlərinə, həmçinin onların havadarlarına səslənirəm Bayraqdan daha önəmli nə ola bilər? Bayrağını sevməyən, vətənini sevə bilərmi?

Təbiiki onların müxalifliyi iqtidara qarşı deyildir, bunu açıq aydın görmək mümkündür, oların müxalifliyi xalqa yönəlmişdir.

Şagirdlər Tağı Əhmədov rolunda (VİDEO)

Bu mövzunun müzakirəsi zamanı maraqlı videosüjet də paylaşılır. Videodan bəlli olur ki, Azərbaycanda orta məktəblərin birində keçirilən şənlikdə Tağı Əhmədovun açıqlamaları da səhnələşdirilib. Şagirdlər Metropolitein rəisini təqlid ediblər.

Videonun youtube şəbəkəsinə yerləşdirilmə tarixindən görünür ki, bu səhnə bir neçə il əvvəl olub. Maraqlı videonu oxucularımıza təqdim edirik:

 

By Baş Redaktor Hadisə içinde yayınlandı

Bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramıdır

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Canlı Xəbərin-in məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına «Göstərir Bakı» kəlməsilə başlayıb. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi göstərilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir. İnterAz kanalı isə Azərbaycanda və Rusiyada yayımlanır.

Bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyirik!

By Baş Redaktor Cəmiyyət içinde yayınlandı

BDU-da velosiped dayanacağı tikiləcək.

Bu barədə “Həftə İçi”nə açıqlama verən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirdi ki, layihəni hazırlamaqda onların əsas məqsədi tələbələrin rahatlığını təmin etmək və ətraf mühiti qorumaqdır.

“Velosiped dayanacağı ilə bağlı təklifi tələbələrdən aldıq. Bu təklifi çox bəyəndiyimiz üçün layihə formasında hazırlayaraq universitet rəhbərliyinə təqdim etdik. Universitet rəhbərliyi layihəni çox bəyəndi və həyata keçirilməsi üçün razılıq verdi.” Velosiped dayanacağının universitetin həyətində hansı ərazidə tikilməsinin nəzərdə tutulmasına gəlincə: “Dayanacaq hər kəsin görə biləcəyi, umumi piyada gediş-gəlişinə mane olmayan göz önündə tikiləcək. Təbii ki, bu yolla biz ətraf mühiti də qorumuş olacağıq. Layihənin icrasına yaxın günlərdə başlanacaq. Düşünürəm ki, BDU-nun bu layihəsi digər universitetlər üçün təkan olacaq.”
Qeyd edək ki, komitə sədri universitet daxilində siqaret çəkilməyinin ləğv olunması ilə bağlı da layihə hazırlayır.

10 dildə sevgiliyə müraciət

Dünyanın bir çox ölkəsində ortaq sevgi sözləri ilə yanaşı bir dilə, ya da ölkəyə xas olanları da var. Məsələn, fransızlar sevgililərini “birəm” deyib oxşadıqları halda taylar sevgiliyə “balaca filim” deyir. Sizcə hansı xalqın nümayəndələri sevgililərinə “balqabaq” deyir?

Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab:

“Balaca kələmim” — Fransızlar
“Çou”, yəni kələm balaca və sevimli olduğuna görə fransızlar  sevgililərinə tez-tez bu cür müraciət edirlər. Fransızlar kələmi həm də uşaq başına oxşatdıqları üçün sevimli sayırlar. Valideynlər uşaqlarına oğlandırsa kələm deyirlər.

“Balqabağım” — Portuqallar
Portuqallar isə “çuçu” sözünə, yəni “balqabaq” müraciətinə  üstünlük verirlər. Sözün sonuna “zinho”, yəni “balaca” sözünü də əlavə edib sevgililərini çağırırlar.

“Gözləri olan yumurta” — Yaponlar
Yaponlarda qadına “gözləri olan yumurta” demək əvəzsiz kompliment sayılır. Çünki yaponlar yumurta kimi oval üzlü qadınları seksual hesab edirlər.

“Kəllə qənd” — İspanlar
İspanlar sevgililərinə “şirinim, balım” sözləri ilə yanaşı “qəndim” deyə də müraciət edirlər.

“Ürəyimin meyvəsi” — İndoneziyalılar
İndoneziyada uşaqları “ürəyimin meyvəsi” deyərək oxşayırlar. Hətta bu söz Cakartada bir xəstəxananın adıdır.

“Birəm” — Fransızlar
Fransızların qəribə xitabları yuxarıdakı “balaca kələmim”lə bitmir. Onlar sevgililərinə “birəm” deyə də müraciət edirmişlər. Rəvayətə görə bu söz insanların bir-birilərinin birələrini təmizlədikləri dövrlərin ən şirin xatirəsidir.

“Ceyranım” – Türklər
“Ceyran”, “maral” da bizim və ümumilikdə türk xalqlarının sevimli müraciət formasıdır. Ərəblər də gözəl gözlü xanımları belə çağırırlar.

“Balaca filim” – Taylar
Fillər Tailandda yaşayanların ən çox sevdiyi heyvanlardır. Onlar fillərin uğur gətirdiklərinə inanırlar. Hətta bir müddət dövlət bayrağında da fil fiquru əks olunubmuş. Ona görə də, “balaca filim” müraciəti burada bənzərsiz tərif hesab edilir.

“Batan balıq, yıxılan qaz” – Çinlilər
Bu maraqlı sözün arxasında əslində qədimi Çin rəvayəti yatır. Rəvayətə görə, Xi Şi adlı gözəl bir qadın varmış. Xi Şi göldəki balıqlara baxanda balıqlar onun baxışlarından elə təsirlənirmişlər ki, üzməyi yaddan çıxarıb batırmışlar. Göydə uçan qazlar da Xi Şini görən kimi ona vurulur, qanadlarını tərpətməyi yaddan çıxarıb yerə çırpılaraq ölürmüşlər. Beləliklə də, çinli kişilər sevdikləri qadının gözəlliyini ifadə etmək üçün bu sözü deyərmişlər.

“Balaca göyərçin” – Ruslar
Bu xitaba əsasən Puşkinin əsərlərində rast gəlinir. Puşkin özündən yaşca böyük dayəsinə sevgisini göstərmək üçün “balaca göyərçin” sözünü işlədirmiş. Bu xitabın Rusiyada “İncil”in tarixi qədər qədim olduğu bildirilir. “İncil”in ruscaya tərcüməsi ilə dilə daxil olan “balaca göyərçin” sonradan sevgililər arasında populyarlaşıb.

 

kayzen.az

“Dünyanın ən çox içki içilən 25 ölkəsi” – ARARŞDIRMA

1450047_636870543032521_761758417_n

25-ci yer. Latviya. 12,79 litr adambaşına ildə.
24-cü yer. Finlandiya. 12,53 litr adambaşına ildə.
23-cü yer. Almaniya. 12,5 litr adambaşına ildə.
22-ci yer. Lüksemburq. 13,02 litr adambaşına ildə.
21-ci yer. Avstriya. 13,25 litr adambaşına ildə.
20-ci yer. Niderlandlar. 13,26 litr adambaşına ildə.
19-cu yer. Slovakiya. 13,33 litr adambaşına ildə.
18-ci yer. Danimarka. 13,36 litr adambaşına ildə.
17-ci yer. Böyük Britaniya. 13,57 litr adambaşına ildə.
16-cı yer. Fransa. 13,66 litr adambaşına ildə.
15-ci yer. İrlandiya. 14,42 litr adambaşına ildə.
14-cü yer. Portuqal 14,54 litr adambaşına ildə.
13-cü yer. Cənubi Koreya. 14,8 litr adambaşına ildə.
12-ci yer. Litva. 15,03 litr adambaşına ildə.
11-ci yer. Xorvatiya. 15,1 litr adambaşına ildə.
10-cu yer. Belarus. 15,14 litr adambaşına ildə.
9-cu yer. Sloveniya. 15,18 litr adambaşına ildə.
8-ci yer. Rumıniya. 15,29 litr adambaşına ildə.
7-ci yer. Andorra. 15,48 litr adambaşına ildə.
6-cı yer. Estoniya. 15,56 litr adambaşına ildə.
5-ci yer. Ukrayna. 15,57 litr adambaşına ildə.
4-cü yer. Rusiya. 15,75 litr adambaşına ildə.
3-cü yer. Macarıstan. 16,28 litr adambaşına ildə.
2-ci yer. Çexiya. 16,47 litr adambaşına ildə.
1-ci yer. Moldova. 18,21 litr adambaşına ildə.

Dünya tarixində 10 ən qəddar hökmdar

Tarixin ən qəddar hökmdarları ıçərisində Stalin Hitlerdən öndə gedir.

 

Dünya tarixində bir çox hökmdar başqa insanların əzab və iztirablarına tamamilə biganə yanaşırdılar, bəzi qəddar hökmdarlar belə əzablardan hətta həzz alırdılar və müəyyən sosial qrupları hər cür alçaltmaq və diskriminasiya etməyə çalışırdılar, bəzi kralların isə qəddar qəribəlikləri var idi. Aşağıda dünya tarixində iz buraxmış və bizim bu günümüzə təsir etmiş 10 ən qəddar hökmdarları təqdim edirik.

  • 10. Oliver Kromvel

    Oliver Kromvel – İngiltərənin 17-ci əsrdə siyasi və hərbi lideri. O, Şotlandiya və İrlandiya katoliklərinə qarşı nifrəti ilə tanınır. İrlandiyada Kromvelin qoşunları katolik din xadimləri də daxil olmaqla 3500-ə yaxın insanı qırıb. Onun əmri ilə Veksfordda daha 3500 insan qətlə yetirilib. Ümumilikdə, İrlandiya kampaniyası çərçivəsində təxminən 50 min insan qətlə yetirilmiş və didərgin salınmışdır. Şotlandiyanın Dandi şəhərində o, şəhər limanını məhv etmiş və 2 min insanı qətlə yetirmişdir.

  • 9. Maksimilian Robespyer

    Maksimilian Fransua Mari İsidor de Robespyer siyasətçi, natiq, hüquqşünas və, ümumilikdə, Fransa inqilabının çox vacib fiquru olub. Ən qəddar hökmdarlar siyahısında yer alması da təsadüfi deyil. O, Fransaya 40 min insanın həyatına son qoymuş “Terror Əsri”ndə rəhbərlik edib. Bir çox aristokrat, din xadimi, orta təbəqə təmsilçiləri və kəndlilər onun rəhbərliyi altında məhv edilmişlər. Özünəməxsus “ədalət məhkəməsinin” çoxsaylı aktlarını həyata keçirdiyinə görə Robespyerin 1794-cü ildə istintaqsız və məhkəmə hökmü olmadan boynu vurulmuşdur.

  • 8. İvan Qroznıy

    İvan Qroznıy və ya Dördüncü İvan Vasilyeviç – rus çarı, demək olar ki, indiki ərazisi çərçivəsində gördüyümüz müasir Rusiyanın yaradıcısıdır. Sibirin, Kazanın və digər daha geniş ərazilərin zəbt edilməsi, hakimiyyətin mərkəzləşdirilməsi və qanun toplusunun yaradılması – bunlar onu məşhur edən cuzi şeylərdir. Bundan daha məşhur olan onun qəddarlığıdır. Məsələn, Novqorodun mühasirəsi. Sakinlərin xəyanətindən və onların Polşa ilə sövdələşnəsindən şübhələnən çar şəhəri dairəsinə alan hündür divarın tikilməsini əmr edib – hər gün çarın əsgərləri şəhərdən 1500 təsadüfi adam seçib qətlə yetirirdilər.

  • 7. Üçüncü Vlad

    Üçüncü Vlad (Drakula) – zorakılıq və qətllərdən sözün əsl mənasında həzz alan Valaxiya hökmdarı. Onun qurbanlarının sayı 40 mindən 100 minədək ölçülür. Onun qəddarlığı o səviyyəyə çatmışdır ki, şəhəri zəbt etməyə gələn Türk ordusu şəhərdə çürüyən 20 min meyitə rast gəlib geri dönmüş və məqsədinə çatmamışdır.

  • 6. İdi Amin

    İdi Amin Dada – 1971-ci il çevrilişi nəticəsində hakimiyyətə gəlmiş Uqanda diktatorudur. Onun qurduğu rejim çox güclü iqtisadi böhran, korrupsiya, etnik qarşıdurmalar, amansız qətllər, siyasi repressiyalar və insanların haqq və azadlıqlarının tam məhv edilməsi ilə səciyyələndirilir. Onun qanlı hökmdarlıq dövründə 100 mindən 1,5 milyona qədər insan qətlə yetirilib. Amin ətrafdakılarını hər zaman xəyanətdə, eləcə də İsrail, SSRİ və Qərb dövlətlərinin xeyrinə cəsusluq etməkdə şübhəli bilib. O, Səudiyyə Ərəbistanında sürgündə vəfat edib.

  • 5. Pol Pot

    Pol Pot və ya Salot Sar – Kamboca siyasətçisi, “qırmızı kxmerlərin” rəhbəri və 1975-1979-cu illərdə Kampuçiya Demokratik Hökumətinin başçısı olub. “Ziyalı” və “burjuaziyaya” aid edilən Kamboca xalqının qanlı soyqırımı onun işidir. Cəmi 4-illik hökmdarlığı zaman o, Kamboca xalqının 20%-ni və ya 1,5 milyon insanı məhv edib.

  • 4. İkinci Leopold

    İkinci Leopold Belçikanın ikinci kralı və Konqo hökmdarı olub. O, atası Birinci Leopoldun vəfatından sonra 1865-ci ildə taxta çıxıb və hakimiyyəti əlində saxlaya bilib. Onun Konqodakı hökmdarlığı tarixdə ən qalmaqallılardan sayılır. Leopold Afrikada Belçikanın ərazisindən 76 dəfə böyük olan əraziləri zəbt etmişdir. Onun rejimindən 3 milyondan artıq Konqo vətəndaşı həlak olub.

  • 3. Adolf Hitler

    Təqdimata ehtiyacı olmayan insan – Faşist Almaniyasının hökmdarı və mərkəzi fiquru. Üçüncü Reyx adı ilə tanınan diktatura yaratmışdır. Onun siyasətçilərinin rəhbərliyi altında milyonlarla insan həlak olmuşdur. Yalnız Rusiyada İkinci Dünya müharibəsi illərində 20 milyon dinc əhali və 7 milyon əsgər həlak olmuşdur.

  • 2. İosif Stalin

    Araşdırmalara əsasən, onun qəddar rejimindən 3 milyondan artıq insan həlak olub. 800 min insan siyasi və kriminal xarakterli səbəblərdən edam edilmiş, 1,7 milyon insan əmək düşərgələrində ölmüş (QULAQ), 400 minə yaxın insan köçürmələr zamanı dünyasını dəyişmiş, 6 milyonu isə aclıqdan vəfat etmişdir.

  • 1. Mao Tszedun

    Bu qəddar hökmdarın Çini idarə etdiyi dövr ərzində ölkə əhalisinin 350 milyon nəfərə artmasına baxmayaraq, Mao Tszedun milyonların ölümünə görə məsuliyyətlidir. Onun hökmdarlığının ilk illərində bir neçə mülkədar-feodallar kəndlərindən çıxarılaraq edam edilmişdir. Nəticədə bu 700 min insanın ölümü ilə nəticələndi. 6 milyon insan isə əmək düşərgələrinə göndərilmişdir. Bir neçə ildən sonra, aclıq və “Böyük sıçrayış”ın digər şəraiti ucbatından, müxtəlif qiymətləndirmələrə görə, 15 milyondan 46 milyona qədər insan ölmüşdür. Ancaq bununla da Çin xalqının iztirabları bitmədi. 60-cı illərin mədəni inqilabı dövründə 100 milyona yaxın insan əzab-əziyyət çəkdilər.

Aydın Mirzəzadə – “Müxalifətin susması böyük sual doğurur”

Srağagün Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkvnik Ruzunski bildirdi ki, “Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər”.
Bu bəyanat verilən iki gün ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovnikinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirmədi. Digər zamanlarda bəyantlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər. Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzq bir diyar haqqında verilib.

Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur.

Deputat bu haqda öz facebook profilində paylaşıb.

Tibbi nümayəndə – Əmək haqqı 700 azn

  İP Group tibbi nümayəndələri işə dəvət edir

– Tibb müəssisələrində dərman preparatlarının tanıtımı

– Tibb müəssisələrini və aptekləri gündəlik ziyarət
– Qarşısına qoyulan tapşırıqları vaxtında yerinə yetirmək
– Karyerada yüksəlmək imkanı
– İşin nəticəsindən asılı olaraq mükafatlandırma
– İş rejimi: 5 günlük
– İş saatı: 08:45-17:45
– Əmək haqqı: iş stajından asılı olaraq dəyişə bilər
– Hərəkətli iş rejimində işləyə bilən
– İnsanlarla asan münasibət qura bilən
– İnsdanları razı salma qabiliyyəti yüksək olan
– Xarici görünüşünə diqqət edən
– Vaxtını yaxşı istifadə edə bilən
– Dürüst, səbirli və məsuliyyətli olan
– Fikirlərini aydın və təsir edə biləcək şəkildə çatdıra bilən şəxslərə üstünlük verilir
– İş təcrübəsi: təcrübəsiz və ya təcrübəli
Əmək haqqı: 300-700 AZN
E-mail: info@ipgroup.az
By Baş Redaktor elan içinde yayınlandı

Yeni müdafiə naziri daha bir generalı ”vurdu” – YENİLƏNİB

Müdafiə naziri general-polkovnik Zakir Həsənov daha bir generalı vəzifəsindən azad edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov MN-nin Arxa Cəbhə İdarəsinin rəisi vəzifələrini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib.

Adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülüb. O, MN-nin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs olub.

Bu barədə məlumatı hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov verib: “Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət MN-nin Mühafizə Alayının komandiri olmuş bu şəxs də tutduğu vəzifədən kənarlaşdırılıb. Və hesab edirəm ki, bu da düzgün qərardır. Çünki, bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq xidmət yerinə deyil, Rusiyaya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə MN-də peyda oldu və vəzifəyə təyinat aldı. Mirzəli Yusifovun belində cinayət işi hələ də açıq qalır”. Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev MN-nin komendantı təyin edilib”. 

By Baş Redaktor Hadisə içinde yayınlandı