Məhbuslar həbsxanada striptiz klub açdı

hebsxana-venesuela31.03.2013

Venesueladakı həbsxalardan birində məhbuslar işıqlarla müşayiət olunan musiqi və striptiz göstərən qadınların olduğu gecə klubu açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Franc-Press agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

Marqarita adasındakı  həbsxanada gecə klubunun açılışına məhbusların yaxınları və tanışları da qatılıb. Onlar sosial şəbəkələrdə fəal şəkildə tədbiri işıqlandırıblar. Gecə klubunda kondisioneer, eləcə də işıq və musiqi avadanlıqları quraşdırılıb.

The New York Times qəzetinin yazdığına görə, bu həbsxanada narkotik istehsalı və satışı ilə məşğul olmuş şəxslər cəza çəkir: “Gecə klubu açılana qədər məhbuslar mühafizəçiləri satın alaraq faktiki olaraq, həbsxananı idarə edirdilər. Həbsxananın ərazisində xorus döyüşü arenası və basseyn də var. Bundan başqa, məhbuslar həbsxanada alkoqol və narkotiklərdən də maneəsiz istifadə edir”.

İki gənc 14 yaşlı qızı avtobusda zorladı

avtobus 31.03.2013

Şotlandiyanın Qlazqo şəhərində 14 yaşlı qız iki gənc oğlan tərəfindən zorlanıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə gecə saat 22.30-dan sonra, gənc qız avtobusda gedərkən baş verib.

14 yaşlı qız rəfiqəsi ilə avtobusun aşağı mərtəbəsində oturub. Sonra onlardan biri ikinci mərtəbəyə qalxıb. Burada isə 18-20 yaşında iki oğlan yol gedirmiş. Qız burada özlərini ədəbsiz aparan oğlanlarla mübahisedib. Onlar isə qıza hücum edib və onu zorlayıblar.

Səs-küyə qızın rəfiqəsi, iki kişi və bir qadın yuxarıya qalxıb. Qız rəfiqəsi və onu müdafə edən sərnişinlərin müşayiəti ilə avtobusdan düşüb. O, başqa avtobusla yoluna davam edib. Evə çatdıqdan sonra isə polisə müraciət edib. Faktla bağlı təhqiqat aparılır.

Joze Mourinyonun dünyası

maurinyo 31.03.2013

Joze Mourinyo adını dünya futbolu tarixinı yazdırmış məşqçidir. O, çox fərqlidir. Bir zamanlar hətta özü haqda “mən İsa peygəmbər kimi seçilmiş birisiyəm” sözlərini də deyib.

Mourinyo ulduz futbolçular qədər pul qazanır, onlar qədər gündəmdə olur. Hər bir məşqçiyə nəsib olmayan bir şey.

O, açıqlamaları ilə həmişə diqqət çəkib. Nələr deyib, nələr danışıb… Yaxşısı budur, ən yaxın tarixə birgə nəzər salaq.

Beləliklə, Joze Mourinyo…

…“MƏN SEÇİLMİŞ BİRİYƏM” SÖZLƏRİ HAQDA

“Övladlarım həmin fikirləri indi televizorda eşidəndə o insana (özünü nəzərdə tutur – red.) nifrət edir. Hətta mən özüm də nifrət edirəm”.

…SƏHVİ HAQDA

“Məşqçi olaraq bir qüsurum var. Əsl həqiqəti söyləyə bilməyəcəyim dünyada yaşayıram. İkiüzlü və diplomatam”.

… AİLƏSİ HAQDA

“Çox işləyirəm. Əhlikef deyiləm. Ən sevdiyim şey ailəmin yanında olmaqdır. Oğlumun futbol məşqlərini izləmək, qızımı üzgücülüyə aparmaq… Başqa şeylər məni maraqlandırmır”.

… MESSİ HAQDA

“Messinin komandamda görmək istəyirəmmi? Klubumuzun prezidenti məndən soruşşa, əlbəttə, “istəyərəm” deyərəm. Amma bu, istəkdən o tərəfə keçməz. Çünki Messi ömrünün sonuna qədər “Barselona”ya bağlıdır”.

… İNGİLTƏRƏ HAQDA

“İngilis futbolunu sevirəm. Orada futbolu içdən, sevgiylə oynayırlar. Mən də futbolun belə oynanmasının lazım olduğunu düşünürəm”.

… QOVULMA HAQDA

“Yaxşı yadımdadır. Hələ doqquz yaşındaydım. Atam məşqçi işləyirdi. Noel bayramı günü evə zəng gəldi. Bir gün əvvəl komandası uduzmuşdu.  Bayram vaxtı yemək yeyərkən atama işdən qovulması xəbərini verdilər”.

… PSİXOLOGİYA HAQDA

“Bir psixoloq kimi olmalıyam. Oyunçuların beyninə girməliyəm. Beləliklə, bir neçə aydan sonra onları gözüyumulu idarə edərəm”.

… HAKİMLƏR HAQDA

“Hakimin komandama kömək etməsini istəmirəm. Sadəcə, hər iki komandanın onun işindən razı qalmasını istəyirəm”.

… TAKTİKA HAQDA

“Futbolçular hansı istedadla dünyaya gəliblərsə, biz məşqçilər də o cür istedadla doğulmuşuq. Futbolu oxuyuruq, iyləyirik, hiss edirik, yaşayırıq. Hələ 10-12 yaşım olanda atamla futbol haqda danışanda da uşaq yox, məşqçi kimiydim”.

…MƏŞQ HAQDA

“Həddən çox məşq etmək lazımdır” deyənlərlə razılaşmıram. Mənim məşqlərim 1.5 saatdan o tərəfi keçmir. Amma hər məşq proqramlı olmalıdır. Yalnız bu halda fərdi və kollektiv uğura nail olmaq mümkündür”.

… QƏLƏBƏ HAQDA

“Əgər ən yaxşı komanda sənindirsə, ancaq və ancaq bu sözü söyləməlisən: qələbə qazanacağam. Başqa heç bir şey ola bilməz”.

… MƏĞLUBİYYƏT HAQDA

“Qələbə və məğlubiyyət fərq etməz: oyun bitincə dərhal növbəti matçın havasına girirəm. Futbolda uzun müddət qalmaq və zirvədə olmaq istəyən biri üçün bu, vacib şərtdir”.

… ƏN BÖYÜK MÜKAFAT HAQDA

“İlk dəfə Çempionlar Liqasını qazananda kuboka əlimlə toxunmadım, sadəcə öpdüm. Yanında durub şəkil çəkdirməyə də vaxt tapmadım. Ona görə də həmin kuboku təkrar qazanmağın vacib olduğunu başa düşdüm”.

… TOPLANTI HAQDA

“Oyundan bir gün əvvəl axşam, oyun günü səhər və günortadan sonra futbolçularımla toplantı keçirirəm. Toplantıların heç biri on dəqiqədən çox olmur”.

… OYUN SONRASI HAQDA

“Matç bitəndə evə gedər, oyunu bir də özüm-özümə oynayaram. Nələr etdiyimi, verdiyim taktikaları düşünərəm. Bundan sonra nələri düzəldəcəyimi fikirləşirəm”.

Qol.az

Aqil Abbas yubileyini filmə baxaraq qeyd edəcək

aqil abbas 31.03.2013

Sabah (red. 01.04.2013) tanınmış yazıçı-publisist Aqil Abbasın 60 yaşı tamam olur. SİA-nın məlumatına görə, yazıçı yubiley axşamını “Nizami” Kino Mərkəzində “Dolu” filminin nümayişinə qatılmaqla keçirəcək.

Yazıçı bütün dostlarını, həmkarlarını, bu xoş gününü onunla keçirmək istəyən hər kəsi aprelin 1-də, saat 19:00-da “Nizami” Kino Mərkəzinə “Dolu”nin ictimai baxışına dəvət edir.

Gənclər Quba Soyqırımı məzarlığına ekskursiya edib YENİLƏNİB

siaphoto_340664

Bu gün (red. 31.03.2013)  Bakı şəhər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Gənclərin Töhfəsi”  İctimai Birliyi bir qrup gənclərlə birgə Quba Soyqırımı məzarlığına ekskursiya edir. SİA-nın xəbərinə görə, ekskursiya zamanı gənclərə 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqqında məlumat verilib.

Qeyd olunub ki, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.
Tədbir zamanı həmçinin vurğulanıb ki, erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.
Bununla yanaşı İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan olunub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
siaphoto_1372_1448020130330 siaphoto_1372_1448120130330 siaphoto_1372_1448320130330 siaphoto_1372_144842013033045221_487703834612083_476749837_n

‘Mən nə etdim ki?’ – Mixail Qorbaçov

mixail 31.03.2013

SSRİ-nin ilk prezidenti onu imperiyanı yıxmaqda ittiham edənlərə cavab verib

SSRİ-in ilk prezidenti Mixail Qorbaçov onu imperiyanı yıxmaqda ittiham edənlərə cavab verib.

M. Qorbaçov “Açıq mühazirə”də ona ünvanlanmış sualları cavablandırıb.

“İttifaq respublikalarının parçalanmasını mənim ayağıma yazmaq məsuliyyətsizlikdir və bu yalandır. Mənim bununla bağlı Boris Yeltsinlə prinsipial fikir ayrılıqlarım var idi”, – deyə Qorbaçov bildirib.

SSRİ-də yenidənqurmadan danışan Qorbaçov onun hesabına Sovet qoşunlarının Əfqanıstandan çıxarıldığını və Mərkəzi, Şərqi Avropa ölkələrinin öz müqəddəratlarını həll etmək imkanı qazanıqlarını vurğulayıb: “Hərdən məni Şərqi Avropa dövlətlərini əldən verməkdə ittiham edirlər. O zaman mən sual verirəm mən nə etdim ki? Polşanı polyaklara verdim. Çexoslavakiyanı çexlərə və slovaklara, Macarıstanı isə macarlara verdim”.

(AZXEBER.COM)

Azərbaycanda sabahdan etibarən telefonların yığım kodları dəyişdiriləcək – SİYAHI – KODLAR

telefon31.03.2013

Respublikada yeni yığım formatı tam tətbiq olunacaq.

 

Sabahdan Azərbaycan ərazisində yeni zona kodları tam tətbiq ediləcək və köhnə yığım qaydası tam dayandırılacaq. Qeyd edək ki, Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.

Yeni sistemə keçidlə əlaqədar olaraq artıq 1 aprel 2013-cü il tarixindən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. (anspress)

Şəhərlərarası telefon kodları
Bakı şəhəri – 012
Bakı-012 3XX XX XX
012 4XX XX XX
012 5XX XX XX

Abşeron-012 3XX XX XX

Sumqayıt şəhəri – 018
Sumqayıt-018 6XX XX XX
BAKU TOLL – 020
Bərdə-020 20X XX XX
Ucar-020 21X XX XX
Ağsu-020 22X XX XX
Ağdaş-020 23X XX XX
Qobustan-020 24X XX XX
Kürdəmir-020 25X XX XX
Şamaxı-020 26X XX XX
Göyçay-020 27X XX XX
İsmayıllı-020 28X XX XX
Zərdab-020 29X XX XX

ŞORVAN TOLL – 021
Hacıqabul-021 20X XX XX
TransEuroCom-021 428 XX XX
Şirvan-021 21X XX XX
Beyləqan-021 22X XX XX
Sabirabad-021 23X XX XX
İmişli-021 24X XX XX
Səlyan-021 25X XX XX
Neftçala-021 26X XX XX
Ağcabədi-021 27X XX XX
Saatlı-021 28X XX XX

GƏNCƏ TOLL – 022
Göygöl-022 20X XX XX
Daşkəsən-022 21X XX XX
Ağstafa-022 22X XX XX
TransEuroCom-022 428 XX XX
Gəncə-022 25X XX XX
022 26X XX XX
TransEuroCom-022 428 XX XX
Tərtər-022 23X XX XX
Goranboy-022 24X XX XX
Samux-022 27X XX XX
Qazax-022 29X XX XX
Şəmkir-022 30X XX XX
Tovuz-022 31X XX XX
Gədəbəy-022 32X XX XX
Yevlax-022 33X XX XX
TransEuroCom-022 428 XX XX
Naftalan-022 35X XX XX

QUBA TOLL – 023
Siyəzən-023 30X XX XX
Xızı-023 31X XX XX
Xaçmaz-023 32X XX XX
Quba-023 33X XX XX
Şabran-023 35X XX XX
Qusar-023 38X XX XX

ŞƏKİ TOLL – 024
Qəbələ-024 20X XX XX
Oğuz-024 21X XX XX
Zaqatala-024 22X XX XX
Şəki-024 24X XX XX
Qax-024 25X XX XX
Mingəçevir-024 27X XX XX
Balakən-024 29X XX XX

LƏNKƏRAN TOLL – 025
Yardımlı-025 20X XX XX
Masallı-025 21X XX XX
Astara-025 22X XX XX
Cəlilabad-025 24X XX XX
Lənkəran-025 25X XX XX
Lerik-025 27X XX XX
Biləsuvar-025 29X XX XX

ŞUŞA TOLL – 026
Xocalı-026 20X XX XX
Laçın-026 21X XX XX
Xankəndi-026 22X XX XX
Qubadlı-026 23X XX XX
Əskəran-026 24X XX XX
Zəngilan-026 25X XX XX
Şuşa-026 26X XX XX
Kəlbəcər-026 27X XX XX
Ağdərə-026 28X XX XX
Xocavənd-026 29X XX XX
Hadrut-026 30X XX XX
Füzuli-026 31X XX XX
Ağdam-026 32X XX XX
Cəbrayıl-026 38X XX XX

NAXÇIVAN – 036
Naxçıvan-036 5XX XX XX
Naxtel şəbəkəsi üzrə-036 554 XX XX
Naxtel CDMA-060 540 XX XX
Babək-036 541 XX XX
Şərur-036 542 XX XX
036 552 XX XX
Şahbuz-036 543 XX XX
Culfa-036 546 XX XX
Ordubad-036 547 XX XX
Kəngərli-036 548 XX XX
Sədərək-036 549 XX XX

 

AZXEBER.COM

‘Azərbaycan tərəfi kəskin fəallaşıb…’ – Ermənistanın müdafiə nazirliyi

ermeni 31.03.2013

Dünən axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın iki ölkə sərhədinə hərbi texnika və xüsusi təyinatlılar cəmləşdirməyə başladığı barədə məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan PanARMENIAN.Net agentliyinə bildirib ki, Azərbaycan Ermənistanla sərhədin bəzi hissələrinə hərbi texnika və xüsusi təyinatlılar qrupu cəmləşdirir: “Martın 25-26-da atışmalar barədə yalan məlumatlar yayandan sonra Azərbaycan tərəfi kəskin fəallaşıb, hazırda Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində hərbi texnikanın və xüsusi təyinatlı qrupların cəmləşdirildiyi müşahidə olunur”.

Ovanisyan Ermənistan tərəfinin “vəziyyəti nəzarət altında saxladığını və mümkün təxribatlara cavab verməyə hazır olduğunu” bildirib. Azərbaycan Müdafiə Nazirliyi hələlik Ermənistan tərəfinin iddiasına cavab verməyib.

Xatırladaq ki, martın 25-26-da Ermənistan ordusunun mövqelərindən açılan atəş nəticəsində Azərbaycan ordusunun bir əsgəri şəhid olub, həmçinin Gədəbəy rayonu istiqamətində ordumuzun kapitan rütbəli zabiti düşmən gülləsindən başından yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin martın 30-na olan məlumatına görə, cəbhə xəttində yeni atışmalar qeydə alınıb, erməni qüvvələri Ağdam, Goranboy və Füzuli rayonunun işğal altındakı ərazilərindən Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Düşmənə cavab atəşi açılıb. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə gəldikdə isə bu istiqamətdə gərginlik çoxdandır davam edir. Səbəb isə Ermənistan ordusunun Qazax-Tovuz və Gədəbəy istiqamətində öz mövqelərini irəli çəkmək cəhdləridir. (musavat.com)

NİDA həbslərlə bağlı bəyanat yaydı

nida

NİDA Vətəndaş Hərəkatı üzvlərinin qondarma ittihamlarla həbs olunmasından ciddi narahatdır.

“Qafqazinfo” xəbər verir ki, NİDA dünənki həbslərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov martın 30-u təxminən saat 14:30 radələrində yaşadığı evdən çıxarkən həbs olunub. O, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb. Rəşadət Axundov bir müddət adıçəkilən idarədə saxlanıldıqdan sonra Nəsimi rayon Məhkəməsinə aparılıb.

R.Axundova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür.

Eyni zamanda martın 30-da hərəkatın İdarə Heyətinin digər üzvü Üzeyir Məmmədli də saxlanılaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb və orada təkrar sorğu-sual edilib. Daha sonra Ü.Məmmədli də Nəsimi rayon məhkəməsinə aparılaraq barəsində AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür.
Hərəkatın hər iki üzvü – Rəşadət Axundov və Üzeyir Məmmədli barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib.

NİDA Vətəndaş hərəkatı həbs olunan hər iki üzvünün həbsini qanunsuz hesab edir. Həbslərdən narahatlığını bəyan edən hərəkat, bütün baş verənləri hakimiyyətin NİDA-ya qarşı bir repressiyası və təzyiq vasitəsi kimi qiymətləndirir, NİDA üzvlərinin həbsini onların aktiv ictimai fəaliyyəti ilə əlaqələndirir.

Eyni zamanda NİDA Vətəndaş Hərəkatı şərlənərək qanunsuz həbs olunan üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edir.
Bəyan edirik ki, NİDA Vətəndaş Hərəkatı bu həbslərdən qorxmur, geri çəkilmir. Əksinə biz mübarizəmizi daha böyük əzmlə davam etdirəcəyik.

Xatırladaq ki, 07 mart 2013 tarixində axşam saatlarında Nida VH-nın üç üzvü – Əzizov Məmməd Rasim oğlu (11.08.1992), Quliyev Bəxtiyar Səməndər oğlu (25.02.1993) və Novruzlu Şahin İbrahim oğlu (16.09.1995) mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Gənc fəallara qarşı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Martın 14-də NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov həbs olunub. Rəşad Həsənova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür. Rəşad Həsənov, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu barəsində də 3 aylıq həbs-qətiimkan tədbiri seçillib.

şərh yaz

By Baş Redaktor Siyasi içinde yayınlandı Etiketler

Türkiyəli millət vəkilindən 31 Mart açıqlaması

turkiye 31.03.2013

Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünüvar 31 Mart gününün bütün Türk dünyasında unutulmayacaq bir tarix olacağını, 1918 ildə minlərlə Azərbaycan -türklərinin ermənilər tərəfindən xüsusi amansızlıqla qətl edilmələrinin sözün əsl mənasında soyqırım olduğunu vurgulayıb.

31 Mart tarixi təqvimdə hüzün günü olduğunu söyləyən Ünüvarın mesajinda belə deyilir: “95 il bundan əvvəl 31 Mart günü Azərbaycan Türklərinə qarşı soyqırım həyata keçirilib”.
“Azərbaycan xalqi bir əsrdir ki, soyqırıma məruz qalmışdır, soyqırımı sübut edəcək sənədlərin, fotoşəkillərin olmasına baxmayaraq dünya ölkələri hələdə bu faciəyə səssiz qalmaqda davam edirlər və bu laqeyid münasibət bizi narahat edir

24 Aprel tarixini sözdə soyqırım iddialari ilə bütün dünya ictimaətinə sübut etdirməyə çalışanlar, öz tarixlərindəki Azərbaycanlı qardaslarımıza qarşı sistematik şəkildə qətliamları ört basdır edərək unutdurmağa çalışsalarda xalq ve tarix bunu unutmayacaq”.