BDU THİK daha bir mükafata layiq görüldü

img-20130419-00047

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin son illər ərzində həyata keçirdiyi genişmiqyaslı tədbirləri nəzərə alan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi BDU THİK-ni  “Dövlət gənclər siyasətini həyata keçirilməsində fəallığına görə” fəxri fərmanla təltif edib. Bu mükafatın təqdim edilməsi ilə əlaqədar təşkil olunmuş tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov dövlət gənclər siyasətinin məqsədi, həyata keçrilən proqramlar və bu proqramların nəticələri haqqında gənclərə geniş məlumat verdi. Gənclərə bütün istiqamətlərdə dövlətin qayğısından bəhs edən Daşqın Qənbərov xüsusilə BDU gənclərinin bu siyasətdə iştirak etmək və gənclər siyasətinin həyat keçirilməsinin önəmini vurğuladı. Qazandıqları bu növbəti  uğurun əldə olunmasında universitet tələbələrinin rolunu qeyd edən Daşqın Qənbərov gənclərə öz təşəkkürlərini bildirdi və çıxışının sonunda ölkə başçısının gənclərə olan diqqət və qayğısını, gənclərin bu qayğı nəticəsində dünyada önəmli nailiyyətlər əldə etdiyini universitet gənclərinə xatırlatdı və cənab  İlham Əliyevə öz minnətdarlığını bildirdi.

DSC_0003

 

Sonra çıxış edən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Elvin İbrahimov universitet gənclərinin yüksək potensialından və son zamanlarda Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir çox qurumlar tərəfindən ard-arda mükafatlandırılması haqqında danışdı.  Daha sonra çıxış edən İlahiyyat fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri İlkin Şərifov tələbələri əldə olunan mükafatlarla kifayətlənməməy, bu yolda daha əzmkar olmağa səslədi.

Tədbir maraqlı müzakirələ sona yetdi.

Bakı Dövlət Universiteti TələbəHəmkarlar İttifaqı Komitəsi Ulu Öndərimiz, Ümummilli liderimiz Heydər Əliyevin andan olmasının 90 illik yubileyinə həsr olunmuş fakültələrarası futbol çempionatının açılış mərasimi keçirib.

DSC_0027

 

13 .04.2013-cü il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Ümummilli liderimiz Heydər Əliyevin andan olmasının 88-ci il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatının təntənəli açılış mərasimini keçirib.

Mərasimdə iştirak edən Bakı Dövlət Universitetinin rektoru akdemik Abel Məhərəmov mərasimi giriş sözü ilə açaraq tədbririn əhmiyyətindən danışıb. Abel müəllim qeyd edib ki bu yarışma tələbələrin asudə vaxtının səmərəli təşkili və onların sağlam həyat tərzi keçirmələri baxımından eyni zamanda Ulu öndərimiz Heydər Əliyev ruhunda tərbiyyə edilmələri baxımından çox mühüm əhəmiyyət kəsb edir. Daha sonra çıxış edən natiqlərdə yarışın universitetdə futbolun inkişafına cox böyük töhvə verdiyini bildiriblər. BDU THIK-nin sədri Daşqın Qənbərov bu tip tədbirlərin, xüsusi ilə də futbol turnirinin tələbələr arasında idmana olan kütləvi marağın formalaşdırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonda mərasim maraqlı konsert proqramı ilə davam edib. 1500 nəfərdən artıq tələbənin qatıldığı açılış mərasimi bitdikdən dərhal sonra ilk oyuna start verilib. Onu da qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin andan olmasının 90-cı il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatı universitet ictimaəti tərəfindən cox böyük maraqla qarşılanıb.

DSC_0002 DSC_0020 IMG_0244 IMG_0257 IMG_0275 IMG_0294 IMG_0302 IMG_0327 IMG_0328 IMG_0352

 

Tuyqun Nadirov gənclərlə görüşdü

547297_185293171620886_876267462_n

İşıq Gənclər Hərəkatı Life Story lahiyəsinin ilk qonağı Xəzər Lənkəran futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovla görüşdü.Canlı Xəbər xəbər portalı xəbər verir ki,görüşdə Tuyqun Nadirov təhsil aldığı dönəmdən,xaricdə oxduğu zamanlardan və Palmalı şirkətlər qrupunun Azərbaycanda yaradılması və klub idarəçiliyindən danışdı.

Görüşdə İşıq Gənclər Hərəkatının fəaliyyət planını bəyənən Tuyuqun Nadirov qarşıdakı zamanlarda Xəzər-Lənkəran klubu ilə birgə lahiyələrdə həyata keçirilməyidə ön plana çəkdi.

İnsan alverinə qarşı mübarizə ilə bağlı gənclər üçün təlim

zax

 

Beynəlxalq Miqrasiya Təşkilatının “Təhsil vasitəsiəe insan alverinə qarşi mübarizə ilə bağlı maarifləndirəenin genişlendirilməsi” layihəsi çərçivəsində Azərbaycan U.aqlar Birliyinin təşkil etdiyi təlim proqramı. 2 saat ərzində təlimdə müzakirə olunacaq mövzular:
1. İnsan alveri nədir?
2. İnsan alveri formaları
3. Mübarizə ve profilaktika tədbirləri
4. Dövlet ve QHT-lər tərəfindən həyata keçirilən işlər və s
Təlim 20 aprel saat 16:00-da AUB-un ofisində keçiriləcək. Ofis Nizami metrosu yaxınlığında, Anadolu liseyinin arxasında yerləşir.
Təlimçi: Lamiye Rzayeva

Təlimde iştirak etmək istəyənlər qeydiyyat üçün ad ve soyadlarını 055 361 35 06 nomrsinə yollaya bilerler.
055 582 18 48 (Paşayev Əli)

“Gəncə şəhər II Məktəbli Debat Forumu- Yaz 2013”

xz

“Odlar Yurdu” Gənclər İctimai Birliyi və Gəncə Regional Debat Mərkəzinin birgə təşkilatçılığı, “Smart SN Corporation” MMC- nin maliyyə dəstəyi ilə “Gəncə şəhər II Məktəbli Debat Forumu- Yaz 2013” keçirilmişdir.

Gəncə şəhərində fəaliyyət göstərən 10 tam orta məktəbdən 90 nəfər məktəbli təlimlərdə iştirak etmiş, onlardan 60 nəfər isə forumun iştirakçısı olmuşdur. Foruma ev sahibliyi edən 1 və 22 nömrəli tam orta məktəblərdə baş tutan forum müəllim, valideyn və məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Yeniyetmə və gənclərin intellektual inkişafında xüsüsi əhəmiyyət kəsb edən “Debat Proqramı” nın əsas məqsədi onların dünya görüşünün, nitq qabiliyyətinin, fasilitatorluq və liderlik bacarıqlarının inkişaf etdirməkdir. Forumun qalibi Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri olmuşlar. Forumda müxtəlif məktəblərdən 10 ən yaxşı Natiq məktəbli seçilmiş və mükafatlandırılmışdır.

By Baş Redaktor Gənclik içinde yayınlandı

Tuyqun Nadirov gənclər ilə görüşəcək

azza

Xəzər-lənkəran futbol klubunun Vitse-Prezidenti Tuyqun Nadirov  İşıq Gənclər Hərəkatının gəncləri ilə görüşəcək. Canlı Xəbər  xəbər verir ki,yeni yaranmasına baxmayaraq ölkədə əsaslı şəkildə fəaliyyət göstərən İşıq Gənclər Hərəkatı yeni Life Story lahiyəsinə start verdi.

 

Lahiyənin ilk qonağısa Xəzər-Lənkəran futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov olacaq.19 Aprel baş tutacaq görüşdə Nadirov Azərbaycan gəncliyinə liderliyin yolları və xaricdə təhsil aldığı zaman tələbə problemləri və idarəçilik haqqda öz praktikasından, İşıq Gənclərinə tam bir lider necə olmalı həyatın aşılıyacaq.Təlim bütün media və iştirak etməyi arzu edən gənclərə açıq olacaq.

İşıq Gənclər Hərəkatının ofisi-Caspian Plaza 17 ci mərtəbə

Əlaqə-0553020312 Sabir Bacaran

Büküb qoydum baqaja

sekil

Hardan başlayacağımı bilmədən elə burdan başlayım. Məsələ insanın düşüncəsindən və mənliyindən, həqiqətdən və mənfəətdən gedir. Bunu yazmağımin səbəbi az zaman öncə kiçik bir qrup içərisində olan bir mübahisədən və mübahisənin sonundakı hesabatlardır. Hadisənin baş verməsi belədir.

Bir qrup insanın olduğu kiçik bir qrupun tərkibidə xarici vətəndaşlarla görüşüb müzakirələr aparır, ölkənin siyasi mühitini müzakirə edirdik. (Az-çox nə bilirik ondan)

Müzakirələr əsnasında hər imkan düşdükcə ölkəni, dövləti və hakimiyyəti pisləyən insanlar gördüm. Çox aciz görünən insanlar. Hər dəfə imkan düşdükcə ölkədəki vəziyyəti olmayacaq həddə qabardıb xarici vətəndaşlara təqdim etmələri ilə gücsüzlüklərini göstərirdilər. Məsələnin həqiqi tərəfini deyil sadəcə özlərinə sərf edən üz qabığını göstərib hər şey çox qəlizdir heç bir şeyə dözmək olmaz kimi fikirləri heç də insanda gülüş yaratmırdı. Əslində gülürdülər dinləyənlər. Amma deyim nəyə insanin gülünclüyünə. İnsanın adiliyinə və savadsızlığına. Bir Avropa modelini misal gətirib şərəf, namus, qeyrət, ləyaqət məsələlərinə yüngül yanaşıb ölkəni “Düzəltmək” istəyən “müxalif” gənc dəstə.

Müxalif sözünü dırnaq işarəsi içində yazmağımın da səbəbi var. Məsələ mənim və bir çoxlarının onları müxalif yox anarxist saymalarıdır. Anarxist demişkən həmin gəncin adını da gizlətməyim. Elə Anarın özü idi həmin gənc. Anardan xist`i soruşanda açığı heç özü də bilmirdi nə olduğunu. Amma sözün özü xoş gəlmişdi deyə adının arxasına XİST`i artırmışdı deyirdi. Nəysə temadan uzaqlaşdamadan keçək Anarın etdiyinə.

Deməli bu xarici gənclərlə görüşdən sonra Anar səbirsizlənib çox da uzaqlaşmadan elə yerindəcə balaca bir oğlan uşağının şeyini əlinə alıb oynatdığı kimi telefonunu əlinə alib oynadır və zəng gözləyir. Zəng gələndə isə üzündəki “qürur, fərəh” hissi sevincini əks etdirməsi ilə hər şey anlaşıldı. Diqqətləri üzərinə çəklib güyəmiş özünü yandırmamağa çalışırdı. Telefon danışığından bir parçasını istərdim əks etdirəm.

“Bəy, nəyi var büküb qoydum baqaja. Acdım qoydum bazarı ortaya endirimə saldım hamısına paz vurdum. Mənim vəzifəm tamam”

Bu sözləri eşidəndə özümü zorla saxladım ki, tehqirə keçməyim. Elə ilk təhqirim onların öz ifadələri olan AY OĞRAŞ olacaqdı.

Hansısa sarı dığanın ya da BOLŞOYun qarşısında ölkəni pisləyib kodub dillə onların ifadəsini işlədib desək baqaja qoyan adama ən yüngül təhqir olardı bəlkə əclaf sözü. Bir düşün xarici gəlib sənin yanında ölkəsini pisləyir mi? Yox pisləmir! Çünki onun ölkəsində problem yoxdur axı! Problem elə bir sənin ölkəndədir. Bəyənmirsən dur ……..

Nicat Etibar

İlkin Şərifov – “Rəsulzadə bu günü görsə idi üzünüzə tüpürərdi” – “Köşə”

385792_390064777758644_1608452321_n

Bəzi dar düşüncəli ünsürlər düşünürki YAP-çı olmaq böyük şəxsiyyətləri sevməmək, onlardan imtina etməkdir. Biz sizlərdən fərqliyik.

Biz Azərbaycan üçün çalışan hər kəsi sevirik, hər kəsə hörmət edirik. Bu gün xaricə satılmış bəzi ünsürlər Yeni Azərbaycan Partiyasını elə təqdim etməyə çalışırlarki guya tarixin böyük şəxsiyyətləri bu qurum üçün önəmli deyil. M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Elçibəy və s. bu siyahını daha da artırmaq olar. Bu insanları bizlər də sevirik, onlara hörmət edirik. Onların xatirəsini anırıq. Bu dəfə M.Ə.Rəsulzadə haqqında yazmaq istəyirəm. Növbəti günlərdə sıra ilə digər böyük şəxsiyyətlər haqqında da bir neçə kəlimə yazmağa çalışcam.

Məmməd Əmin Rəsulzadə 1884-cü il Yanvar ayının 31də Bakı şəhəridə anadan olmuşdur. Atası din xadimi olmasın baxmayaraq oğlunu  “Rus-Müsəlman” məktəinə qoymuşdur. M.Ə. Rəsulzadə ömrü boyu Azərbaycan uğrunda mübarizə aparmış, vətənimizin müstəqillik qazanması üçün daima çalışmışdır.

480px-Emin_bey  M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaradılmasında yaxında iştirak etmiş, ADR-in qurucularından olmuşdur. Dövlətin güclənməsi üçün əhalinin savadlanmasının önəmli olduğunu anlayan bir qrup şəxs və M.Ə.Rəsulzadənin təşəbbüsü ilə hazırki Bakı Dövlət Universitetinin əsası qoyulmuş, xalqın maariflənməsində Rəsulzadə imzası təcəssüm etmişdir.

Təxminən həmin dövrdən bir əsr keçib gəlin indi baxaq müsavata və onun bir zamanlar Rəsulzadə tərəfindən qoyulmuş ideallarının məhv edilməsinə. Bir zamanlar Azərbaycan üçün çalışan müsavat bu gün xarici güc dövlətlərə xidmət edir, hər addımda Azərbaycan adına ləkə sürməyə çalışırlar… Rəsulzadənin mirasını bu hala salmağa sizlərin haqqınız yoxdur! Hər biriniz onun ruhu qarşısında cavab verəcəksiniz.

O (M.Ə.Rəsulzadə) Azərbaycanı yaşatmağa çalışırdı siz vətənizi parçalamğa. O sabitlik istəyridi siz xaos. O vətənimizi yadellilərdən qorumaq istəyirdi siz vətənimizi yadellilərə peşkəş edirsiz.

Yaxşıkı M.Ə.Rəsulzadə bu günləri görmədi yoxsa tüprərdi sizlərə, adınızı müsavat qoyub müsavata yaraşmayan ideallarla yaşayırsız.

Satmıyın bu dövləti, xəyanət etməyin Rəsulzadənin ruhuna, millətinizə!!! Öz sözlərinizin ardına nida, nöqtə vergul qoyaraq xaos yaratmağa çalışmayın…