Yeni müdafiə naziri daha bir generalı ”vurdu” – YENİLƏNİB

Müdafiə naziri general-polkovnik Zakir Həsənov daha bir generalı vəzifəsindən azad edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov MN-nin Arxa Cəbhə İdarəsinin rəisi vəzifələrini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib.

Adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülüb. O, MN-nin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs olub.

Bu barədə məlumatı hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov verib: “Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət MN-nin Mühafizə Alayının komandiri olmuş bu şəxs də tutduğu vəzifədən kənarlaşdırılıb. Və hesab edirəm ki, bu da düzgün qərardır. Çünki, bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq xidmət yerinə deyil, Rusiyaya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə MN-də peyda oldu və vəzifəyə təyinat aldı. Mirzəli Yusifovun belində cinayət işi hələ də açıq qalır”. Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev MN-nin komendantı təyin edilib”. 

By Baş Redaktor Hadisə içinde yayınlandı

Yorum bırakın