10 dildə sevgiliyə müraciət

Dünyanın bir çox ölkəsində ortaq sevgi sözləri ilə yanaşı bir dilə, ya da ölkəyə xas olanları da var. Məsələn, fransızlar sevgililərini “birəm” deyib oxşadıqları halda taylar sevgiliyə “balaca filim” deyir. Sizcə hansı xalqın nümayəndələri sevgililərinə “balqabaq” deyir?

Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab:

“Balaca kələmim” — Fransızlar
“Çou”, yəni kələm balaca və sevimli olduğuna görə fransızlar  sevgililərinə tez-tez bu cür müraciət edirlər. Fransızlar kələmi həm də uşaq başına oxşatdıqları üçün sevimli sayırlar. Valideynlər uşaqlarına oğlandırsa kələm deyirlər.

“Balqabağım” — Portuqallar
Portuqallar isə “çuçu” sözünə, yəni “balqabaq” müraciətinə  üstünlük verirlər. Sözün sonuna “zinho”, yəni “balaca” sözünü də əlavə edib sevgililərini çağırırlar.

“Gözləri olan yumurta” — Yaponlar
Yaponlarda qadına “gözləri olan yumurta” demək əvəzsiz kompliment sayılır. Çünki yaponlar yumurta kimi oval üzlü qadınları seksual hesab edirlər.

“Kəllə qənd” — İspanlar
İspanlar sevgililərinə “şirinim, balım” sözləri ilə yanaşı “qəndim” deyə də müraciət edirlər.

“Ürəyimin meyvəsi” — İndoneziyalılar
İndoneziyada uşaqları “ürəyimin meyvəsi” deyərək oxşayırlar. Hətta bu söz Cakartada bir xəstəxananın adıdır.

“Birəm” — Fransızlar
Fransızların qəribə xitabları yuxarıdakı “balaca kələmim”lə bitmir. Onlar sevgililərinə “birəm” deyə də müraciət edirmişlər. Rəvayətə görə bu söz insanların bir-birilərinin birələrini təmizlədikləri dövrlərin ən şirin xatirəsidir.

“Ceyranım” – Türklər
“Ceyran”, “maral” da bizim və ümumilikdə türk xalqlarının sevimli müraciət formasıdır. Ərəblər də gözəl gözlü xanımları belə çağırırlar.

“Balaca filim” – Taylar
Fillər Tailandda yaşayanların ən çox sevdiyi heyvanlardır. Onlar fillərin uğur gətirdiklərinə inanırlar. Hətta bir müddət dövlət bayrağında da fil fiquru əks olunubmuş. Ona görə də, “balaca filim” müraciəti burada bənzərsiz tərif hesab edilir.

“Batan balıq, yıxılan qaz” – Çinlilər
Bu maraqlı sözün arxasında əslində qədimi Çin rəvayəti yatır. Rəvayətə görə, Xi Şi adlı gözəl bir qadın varmış. Xi Şi göldəki balıqlara baxanda balıqlar onun baxışlarından elə təsirlənirmişlər ki, üzməyi yaddan çıxarıb batırmışlar. Göydə uçan qazlar da Xi Şini görən kimi ona vurulur, qanadlarını tərpətməyi yaddan çıxarıb yerə çırpılaraq ölürmüşlər. Beləliklə də, çinli kişilər sevdikləri qadının gözəlliyini ifadə etmək üçün bu sözü deyərmişlər.

“Balaca göyərçin” – Ruslar
Bu xitaba əsasən Puşkinin əsərlərində rast gəlinir. Puşkin özündən yaşca böyük dayəsinə sevgisini göstərmək üçün “balaca göyərçin” sözünü işlədirmiş. Bu xitabın Rusiyada “İncil”in tarixi qədər qədim olduğu bildirilir. “İncil”in ruscaya tərcüməsi ilə dilə daxil olan “balaca göyərçin” sonradan sevgililər arasında populyarlaşıb.

 

kayzen.az

“Dünyanın ən çox içki içilən 25 ölkəsi” – ARARŞDIRMA

1450047_636870543032521_761758417_n

25-ci yer. Latviya. 12,79 litr adambaşına ildə.
24-cü yer. Finlandiya. 12,53 litr adambaşına ildə.
23-cü yer. Almaniya. 12,5 litr adambaşına ildə.
22-ci yer. Lüksemburq. 13,02 litr adambaşına ildə.
21-ci yer. Avstriya. 13,25 litr adambaşına ildə.
20-ci yer. Niderlandlar. 13,26 litr adambaşına ildə.
19-cu yer. Slovakiya. 13,33 litr adambaşına ildə.
18-ci yer. Danimarka. 13,36 litr adambaşına ildə.
17-ci yer. Böyük Britaniya. 13,57 litr adambaşına ildə.
16-cı yer. Fransa. 13,66 litr adambaşına ildə.
15-ci yer. İrlandiya. 14,42 litr adambaşına ildə.
14-cü yer. Portuqal 14,54 litr adambaşına ildə.
13-cü yer. Cənubi Koreya. 14,8 litr adambaşına ildə.
12-ci yer. Litva. 15,03 litr adambaşına ildə.
11-ci yer. Xorvatiya. 15,1 litr adambaşına ildə.
10-cu yer. Belarus. 15,14 litr adambaşına ildə.
9-cu yer. Sloveniya. 15,18 litr adambaşına ildə.
8-ci yer. Rumıniya. 15,29 litr adambaşına ildə.
7-ci yer. Andorra. 15,48 litr adambaşına ildə.
6-cı yer. Estoniya. 15,56 litr adambaşına ildə.
5-ci yer. Ukrayna. 15,57 litr adambaşına ildə.
4-cü yer. Rusiya. 15,75 litr adambaşına ildə.
3-cü yer. Macarıstan. 16,28 litr adambaşına ildə.
2-ci yer. Çexiya. 16,47 litr adambaşına ildə.
1-ci yer. Moldova. 18,21 litr adambaşına ildə.

Dünya tarixində 10 ən qəddar hökmdar

Tarixin ən qəddar hökmdarları ıçərisində Stalin Hitlerdən öndə gedir.

 

Dünya tarixində bir çox hökmdar başqa insanların əzab və iztirablarına tamamilə biganə yanaşırdılar, bəzi qəddar hökmdarlar belə əzablardan hətta həzz alırdılar və müəyyən sosial qrupları hər cür alçaltmaq və diskriminasiya etməyə çalışırdılar, bəzi kralların isə qəddar qəribəlikləri var idi. Aşağıda dünya tarixində iz buraxmış və bizim bu günümüzə təsir etmiş 10 ən qəddar hökmdarları təqdim edirik.

  • 10. Oliver Kromvel

    Oliver Kromvel – İngiltərənin 17-ci əsrdə siyasi və hərbi lideri. O, Şotlandiya və İrlandiya katoliklərinə qarşı nifrəti ilə tanınır. İrlandiyada Kromvelin qoşunları katolik din xadimləri də daxil olmaqla 3500-ə yaxın insanı qırıb. Onun əmri ilə Veksfordda daha 3500 insan qətlə yetirilib. Ümumilikdə, İrlandiya kampaniyası çərçivəsində təxminən 50 min insan qətlə yetirilmiş və didərgin salınmışdır. Şotlandiyanın Dandi şəhərində o, şəhər limanını məhv etmiş və 2 min insanı qətlə yetirmişdir.

  • 9. Maksimilian Robespyer

    Maksimilian Fransua Mari İsidor de Robespyer siyasətçi, natiq, hüquqşünas və, ümumilikdə, Fransa inqilabının çox vacib fiquru olub. Ən qəddar hökmdarlar siyahısında yer alması da təsadüfi deyil. O, Fransaya 40 min insanın həyatına son qoymuş “Terror Əsri”ndə rəhbərlik edib. Bir çox aristokrat, din xadimi, orta təbəqə təmsilçiləri və kəndlilər onun rəhbərliyi altında məhv edilmişlər. Özünəməxsus “ədalət məhkəməsinin” çoxsaylı aktlarını həyata keçirdiyinə görə Robespyerin 1794-cü ildə istintaqsız və məhkəmə hökmü olmadan boynu vurulmuşdur.

  • 8. İvan Qroznıy

    İvan Qroznıy və ya Dördüncü İvan Vasilyeviç – rus çarı, demək olar ki, indiki ərazisi çərçivəsində gördüyümüz müasir Rusiyanın yaradıcısıdır. Sibirin, Kazanın və digər daha geniş ərazilərin zəbt edilməsi, hakimiyyətin mərkəzləşdirilməsi və qanun toplusunun yaradılması – bunlar onu məşhur edən cuzi şeylərdir. Bundan daha məşhur olan onun qəddarlığıdır. Məsələn, Novqorodun mühasirəsi. Sakinlərin xəyanətindən və onların Polşa ilə sövdələşnəsindən şübhələnən çar şəhəri dairəsinə alan hündür divarın tikilməsini əmr edib – hər gün çarın əsgərləri şəhərdən 1500 təsadüfi adam seçib qətlə yetirirdilər.

  • 7. Üçüncü Vlad

    Üçüncü Vlad (Drakula) – zorakılıq və qətllərdən sözün əsl mənasında həzz alan Valaxiya hökmdarı. Onun qurbanlarının sayı 40 mindən 100 minədək ölçülür. Onun qəddarlığı o səviyyəyə çatmışdır ki, şəhəri zəbt etməyə gələn Türk ordusu şəhərdə çürüyən 20 min meyitə rast gəlib geri dönmüş və məqsədinə çatmamışdır.

  • 6. İdi Amin

    İdi Amin Dada – 1971-ci il çevrilişi nəticəsində hakimiyyətə gəlmiş Uqanda diktatorudur. Onun qurduğu rejim çox güclü iqtisadi böhran, korrupsiya, etnik qarşıdurmalar, amansız qətllər, siyasi repressiyalar və insanların haqq və azadlıqlarının tam məhv edilməsi ilə səciyyələndirilir. Onun qanlı hökmdarlıq dövründə 100 mindən 1,5 milyona qədər insan qətlə yetirilib. Amin ətrafdakılarını hər zaman xəyanətdə, eləcə də İsrail, SSRİ və Qərb dövlətlərinin xeyrinə cəsusluq etməkdə şübhəli bilib. O, Səudiyyə Ərəbistanında sürgündə vəfat edib.

  • 5. Pol Pot

    Pol Pot və ya Salot Sar – Kamboca siyasətçisi, “qırmızı kxmerlərin” rəhbəri və 1975-1979-cu illərdə Kampuçiya Demokratik Hökumətinin başçısı olub. “Ziyalı” və “burjuaziyaya” aid edilən Kamboca xalqının qanlı soyqırımı onun işidir. Cəmi 4-illik hökmdarlığı zaman o, Kamboca xalqının 20%-ni və ya 1,5 milyon insanı məhv edib.

  • 4. İkinci Leopold

    İkinci Leopold Belçikanın ikinci kralı və Konqo hökmdarı olub. O, atası Birinci Leopoldun vəfatından sonra 1865-ci ildə taxta çıxıb və hakimiyyəti əlində saxlaya bilib. Onun Konqodakı hökmdarlığı tarixdə ən qalmaqallılardan sayılır. Leopold Afrikada Belçikanın ərazisindən 76 dəfə böyük olan əraziləri zəbt etmişdir. Onun rejimindən 3 milyondan artıq Konqo vətəndaşı həlak olub.

  • 3. Adolf Hitler

    Təqdimata ehtiyacı olmayan insan – Faşist Almaniyasının hökmdarı və mərkəzi fiquru. Üçüncü Reyx adı ilə tanınan diktatura yaratmışdır. Onun siyasətçilərinin rəhbərliyi altında milyonlarla insan həlak olmuşdur. Yalnız Rusiyada İkinci Dünya müharibəsi illərində 20 milyon dinc əhali və 7 milyon əsgər həlak olmuşdur.

  • 2. İosif Stalin

    Araşdırmalara əsasən, onun qəddar rejimindən 3 milyondan artıq insan həlak olub. 800 min insan siyasi və kriminal xarakterli səbəblərdən edam edilmiş, 1,7 milyon insan əmək düşərgələrində ölmüş (QULAQ), 400 minə yaxın insan köçürmələr zamanı dünyasını dəyişmiş, 6 milyonu isə aclıqdan vəfat etmişdir.

  • 1. Mao Tszedun

    Bu qəddar hökmdarın Çini idarə etdiyi dövr ərzində ölkə əhalisinin 350 milyon nəfərə artmasına baxmayaraq, Mao Tszedun milyonların ölümünə görə məsuliyyətlidir. Onun hökmdarlığının ilk illərində bir neçə mülkədar-feodallar kəndlərindən çıxarılaraq edam edilmişdir. Nəticədə bu 700 min insanın ölümü ilə nəticələndi. 6 milyon insan isə əmək düşərgələrinə göndərilmişdir. Bir neçə ildən sonra, aclıq və “Böyük sıçrayış”ın digər şəraiti ucbatından, müxtəlif qiymətləndirmələrə görə, 15 milyondan 46 milyona qədər insan ölmüşdür. Ancaq bununla da Çin xalqının iztirabları bitmədi. 60-cı illərin mədəni inqilabı dövründə 100 milyona yaxın insan əzab-əziyyət çəkdilər.

Müasir kişilər niyə sevə bilmir?

kishi 31.03.2013

Kişilər hisslərini niyə gizlədir? 

Mütəxəssislər müasir kişilərin hisslərini gizlətməsinin bir neçə səbəblərini açıqlayıb. 

  • Kişilərin hisslərini açıq şəkildə etiraf etməməyinin əsas səbəbi bir qadına tam bağlanıb, azadlığını itirmək istəməməsidir. Bundan başqa müasir kişilər üçün tanışlıq və seçimlər çoxdur. Kişi fikrini dəyişə bilər ehtimalını düşünür və sevgisini tam hiss etdirmir. Təbii ki, bütün kişilər belə deyil. Əsl sevgini gizlətmək qeyri-mümkündür.
  • Kişilər hər şeyi qapalı edir. Hissləri də bu kateqoriyaya daxildir.
  • Kişilər qadınlar tərəfindən  rədd edilməyə alışıblar. Bu səbəblə də, hisslərini dilə gətirmir və qorxurlar. Başlanğıcda kişilər məntiqli olur və duyğysallığa qapılmır. Duyğusal olmağı zəiflik hesab edirlər. Çərşənbə axşamı öz-özünə “Ona çərşənbə günü zəng edəcəyimi düşnürəm” deyir. Bir çox kişilərin qadının ona çərşənbə günü deyil, başqa bir gün ethyacı olduğunu ağlına gətirmir. Elə isə niyə belə davranırlar? Bunu, “özlərini qorumaq və vəziyyəti nəzərət altında saxlamaq üçün edirlər”.
  • Kişilərin niyə olduqlarından daha sərt davranır? Kişilərin görüşdüyü başqa qadınlar olmasa da, qadınların kişilərin başqa seçimləri olduğunu düşünməyini istəyir. Bu səbəbdən də hərəkətlərini şişirdirlər. Çünki özlərini daha cəbledici göstərmək istəyirlər. Bu halda qadınların onları daha yaraşıqlı və cəbldici gördüyünü fikirləşirlər.
  • Kişilər bir qadının onun üzərində nəzarət etməyinə nifrət edir.
  • Başlanğıcda qıza tez-tez mesaj yazıb zəng edə bilər.  Çünki qıza qarşı hisslərini göstərməyin ən yaxşı yolu budur.
  • Kişilər də qadınlar qədər duyğusal olur. Bunu göstərməmələrinin səbəbi isə insanların onlardan belə hərəkət gözləmədiyini düşünmələdir. Bir kişi kimi özünə nəzarət etməyi bacaran görünməlidirlər.
  • Qadının diqqət göstərməməsi kişiləri qorxuda bilər.  Qadınlar bəzi davranışları ilə əzə bilərlər. Lakin bunun fərqində olmazlar. Qəflətən kişini tərk edib gedən qadın… kişini dərin kədərə bürüyər.
  • Kişilər bir qadını həqiqətən də çox bəyənibsə, bunu ciddi-cəhdlə gizlətməyə çalışır. Çox az kişi hisslərini etiraf edir və ya qadın qarşısında ağlaya bilir.
  • Kişilər hesab edir ki, qadınlar qüsursuz bir insanla münasibət qurmaq istəyir. Qadınların kişiləri bəyənməsini istəyirlər. Lakin bunu açıq şəkildə hiss etmələrini istəmirlər. Hər dəfə diqqət göstərilsə, qadınların onlara şans verməyəcəyini düşünürlər.
  • Münasibətlər qaydasına düşdükdən sonra qadına tez-tez zəng edib maraqlanmamağının əsas səbəbi onun diqqətini öz üzrəində hiss etməyi istəməsidir. Heç bir kişi ümidsiz görünmək istəməz.
  • Kişilər bunu qadının xoşuna gəlmək üçün edir. Kişilər qadınların pis və avara oğlanlardan xoşu gəldiyini düşündüyü üçün diqqətsiz davranırlar.
  • Zəif görünən qadından hər bir kişi öz məqsədi üçün istifadə edəcək. Eləcə də kişilər çox açıq və səmimi davrandıqları halda qadınların ondan istifadə edəcəyini düşün

    Publika.Az

Azərbaycanda cinsiyyətini dəyişdirmək neçəyədir?

cinsiyyet 29.03.2013

“Qadın olmaq əladır. Hətta ifritə sözü belə “alçaq”dan yaxşı səslənir”. 

Bu Faina Ranevskayanın sözləridir.

Mən qadınam. Halımdan məmnunam. Amma həmişə belə olmur. Cinsiyyətindən narazı olub narazılıqla kifayətlənənlər də var. Söhbət müəyyən yaşdan sonra cinsiyyət orqanını dəyişməkdən gedir.

Cinsiyyətini dəyişmək təkcə cinsini yox, bütün həyatını dəyişmək deməkdir. 20-30 və ya daha çox il yaşadığı həyatı, seçimlərini dəyişmək yəqin ki, asan məsələ deyil.
Belə bir qərara gəlmək, həqiqətən də, böyük risk tələb edir.

Pis yerdən qərar

Cinsi seçimləri dəyişmək istəyinə seksapotoloq alimlər müxtəlif münasibətlər bildirirlər. Məşhur seksapotoloq Karren Horniyə görə cinsiyyətini dəyişmək istəyi bir günün içində yaranmır. Bu anadangəlmə və sonradan qazanılmış hormonal problemlərdən irəli gəlir.
Bəzi seksapotoloqlar bunu fiziki xəstəlik, bəziləri isə psixiki pozuntulardan, daxili sarsıntılardan yarandığını deyir.

İnsanın daxilən yaşandıqlarının ictimai təzahürü və nəticəsi olaraq isə son qərar cinsiyyət orqanının dəyişməsi olur.
Cinsiyyət orqanının dəyişdirilməsi ilə bağlı Azərbaycanda hər hansı bir statistika aparılmayıb. Qeyri-rəsmi rəqəmlərə görə 2012-ci ildə Azərbaycanda 12 kişi cinsi orqanını dəyişib.
Müasir dünya üçün burda elə də qeyri-adi hadisə yoxdur. Yalançı insan haqları, insanın öz bədəni ilə istədiyini etmək azadlığı buna çoxdan icazə verib. Məsələ burasındadır ki, insan haqlarının beşiyi olan Amerika və Avropa ölkələri yox, Şərq ölkələri cinsiyyət orqanının dəyişdirilməsi statistikasında birinci yerdədir.

İran dünyada cinsiyyət orqanını dəyişənlərin siyahısında birinci yerdədir. Din amili, mentalitet İranda bu dəyişikliyə mane ola bilmir. İranın “Sazmane-Behzistiye-Keşvər” (Firavan və Xoşbəxt Həyat) təşkilatı ölkədə cinsiyyətini dəyişənlərə 5 milyon tümən (təxminən 5 min dollar) həcmində vəsait ayıracağını bəyan edib.

Təşkilat rəsmilərindən biri jurnalistlərə açıqlamasında bu məbləğin 4 milyon tüməninin kredit, 1 milyon tüməninin isə əvəzsiz yardım olduğunu söyləyib.

Təşkilatın statistikasına görə, ötən il İranda 147 nəfər öz cinsiyyətini dəyişib, 300 nəfər isə hazırda cinsiyyətini dəyişmək üçün növbə tutub.

İranda cinsiyyət orqanını dəyişmək üçün aparılan cərrahiyyə əməliyyatı müştəriyə 5 min dollara başa gəlir.

Azərbaycanda cinsi orqanı dəyişdirmək məqsədi ilə müraciət etmək üçün bircə nəfər belə mütəxəssis yoxdur. Azərbaycanda bu sahədə yeganə mütəxəssis həkim-Camal Əzimzadə olub. O da bir il öncə dünyasını dəyişib. Maraqlı fakt burasındadır ki, cinsiyyətini dəyişmiş 12 nəfərin 8-i cinsiyyətini məhz Azərbaycanda dəyişib. Bu da o deməkdir ki, hazırda cinsi orqanın dəyişdirmək sahəsində mütəxəssis olmayan həkimlər bu işi görür.

Şok ucuz qiymətlər

İran cinsiyyət orqanını dəyişdirməyin ən ucuz olduğu ölkədir. Burda qiymətlər çox ucuzdur: Qadını kişiyə çevirmək 8 min, kişini qadına çevirmək isə 6 min dollardır. Azərbaycanda isə bu qiymət 12 min manatla 30 min manat arasında dəyişir. Mütəxəssis olmamasına baxmayaraq, Azərbaycanda keçirilən plastik cinsiyyətin dəyişdirilməsi əməliyyatlarından Türkiyə vətəndaşları da faydalanır. Türkiyədə cinsiyyət orqanının dəyişdirilməsinin qiyməti nə az, nə çox 140 min manatdır. Türkiyədə cinsiyyət orqanının dəyişdirilməsi ilə bağlı qanun ciddi olduğuna, həm də qiymətlərin baha olmasına görə bu əməliyyat üçün Azərbaycana üz tutanlar da var.

Kişi olmaqdan bezənlər

Təkcə Azərbaycanda yox, bütün dünyada cinsiyyət orqanını dəyişənlər ən çox kişilərdir. Ümumi statistikaya gəldikdə isə cinsiyyət orqanlarını dəyişənlərdən çox bizdə transseksuallar daha çoxdur. Onlar isə özlərinin bildikləri səbəblərə görə cinsiyyət orqanlarını dəyişmək niyyətində olmurlar.

Ən gənc cinsini dəyişən oğlan

Böyük Britaniya vətəndaşı olan 16 yaşlı Bradley Cooper adlı gənc oğlan cinsiyyətini dəyişməyə qərar verib. Britaniya ictimaiyyəti onun bu qərarı vermək üçün olduqca gənc olduğunu düşünür, hətta daha əvvəl bu tip əməliyyat keçirən insanlar da onun bu qərardan peşman olma ehtimalının yüksək olduğunu vurğulayıblar. Lakin 12 yaşından başlayaraq qadın olmaq arzusu ilə yaşadığını və qadın paltarları geyindiyini bildirən Bradley Cooper bu əməliyyata hazır olduğunu bildirib. Həmçinin gənci müayinə edən psixoloqlar onun əməliyyata hazır olduğu qənaətindədirlər.

Maraqlısı odur ki, Böyük Britaniyanın ən böyük sığorta şirkətlərindən olan NHS (The National Health Service) sığorta şirkəti onun bu əməliyyatı üçün 10 min sterlinq ödəməyi qəbul edib.
Əgər əməliyyat həyata keçsə, Bradley Cooper cinsiyyətini dəyişən ən gənc insan olaraq tarixə düşəcək.
Xatırladaq ki, bu günədək cinsiyyətini dəyişən ən gənc insan 18 yaşlı Almaniya vətəndaşı Kim Petras olub.

Azərbaycanda əsgərlik yaşı 18-dir. Bu yaşa qədər isə cinsiyyət orqanını dəyişdirmək xarici ölkələrdə mümkündür.

Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən LGBT-nin (Lezbiyan, gey, biseksual və transeksualların təşkilatı ) 2011-ci ildə Azərbaycanda nümayəndəliyi yaradıldı. Nümayəndəliyin rəhbəri (adı gizli saxlanılır) deyir ki, təşkilatın fəaliyyəti müxtəlif problemlərlə qarşılaşsa da, 11 ölkə ilə birgə layihə həyata keçirir. Adıçəkilənlərin Azərbaycandakı hüquqlarının müdafiəsi sahəsində seminarlar keçirir, video roliklər, sayt hazırlanır. Təşkilatın sədri isə bildirir ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda cinsi azlıqlara, eləcə də cinsiyyət üzvünü plastik cərrahiyyə yolu ilə dəyişənlərə münasibət xeyli tolerantlaşıb. Əvvəllər ailələrin və ictimaiyyətin münasibəti kəskin idisə, indi bir qədər yumşalıb. Özü isə heç bir problemlə qarşılaşmır. Ətrafı onu olduğu kimi qəbul edib sevir.

Cinsiyyət üzvünü dəyişənlərə gəlincə, müsahibim deyir ki, indiyədək tanıdığı 3 qadın və bir kişi cinsiyyətini dəyişib. Qadınlara cinsiyyətini dəyişmək isə daha asandır. Çünki qadınların kişi paltarları geyinməsi ətrafdan elə də diqqət çəkib hər hansı problemə səbəb olmur. Kişilərin isə müəyyən ehtiyaclardan cinsiyyət orqanını dəyişdirməsi diqqət çəkir və müxtəlif problemlərə yol açır. Cinsiyyət orqanını və cinsi seçimlərini dəyişmək ehtiyacının xəstəlik olub olmamasına isə LGBT sədri belə bir münasibət bildirdi ki, Beynəlxalq İnsan Haqları Konvensiyası şəxsin cinsi azadlıqlarına hörmətlə yanaşmağı, nəinki mühakimə, müzakirə belə etməyi, məcburi tibbi müayinəni də qadağan edir. Azərbaycan da Konvensiyanı ratifikasiya etdiyi üçün bu qaydalara əməl etməyə borcludur.

Cinsiyyətini dəyişdirmiş şəxslərin sonrakı həyatındakı sənəd dəyişikliyinə gəlincə isə, Azərbaycan Qanunvericiliyində bununla bağlı hansısa müddəa nəzərdə tutulmayıb. Sadəcə olaraq sərhəddi keçəndə, bir ölkədən başqa ölkəyə getdikdə problemlər, anlaşılmazlıqlar olur. Sərhəd xidməti bir anlıq şoka düşsə də, az sonra anlaşılmazlıq aradan qaldırılır.

LGBT sədri deyir ki, şəxsən özü cinsiyyətini dəyişdirməyə ehtiyac görmür. Cinsiyyətini dəyişdirənlər haqda isə belə deyir: “Kiminsə cinsi istəklərini, tələbatını, öz bədəni ilə istədiyini etməyi normal qəbul etməliyik. Cinsiyyətini dəyişirsə, deməli, ona belə xoşdur. Belə özünü daha yaxşı ifadə edə bilir. Bunu mühakimə etmək qanunlara ziddir”.

Millət vəkili, Milli Məclisin sosial siyasət komisiyasının sədr müavini Musa Quliyev isə Azərbaycanda cinsiyyətini dəyişənlərin kütləvi olmadığına görə bu məsələni Milli Məclisdə müzakirəsinə ehtiyac olmadığını deyir. Ümumilikdə isə millət vəkili deyir ki, Azərbaycan Qanunvericiliyində cinsiyyətini dəyişdirməklə bağlı konkret qanun yoxdur. Eləcə də, bu haqda hər hansı bir qadağa olmadığına görə heç bir cinayət məsuliyyəti daşımaqdan söz gedə bilməz. Qeyri-mütəxəssis həkimlərin cinsiyyət orqanının plastik əməliyyat aparmasına gəlincə isə, bu haqda danışılsa da, konkret narazı qalıb şikayət edənlər yoxdur.

Musa Quliyev deyir ki, şəxsən özü cinsiyyətini dəyişdirənlərə çox pis baxır. Onları təbiətin ziddinə getməkdə, milli dəyərlərimizə hörmət qoymamaqda qınayır.

Cinsiyyətini dəyişdirmək istəyi xəstəlikdir, yoxsa insan azadlığı?

Tanınmış cərrah Vaqif Qələndərlinin isə cinsiyyət orqanının dəyişdirilməsinə münasibəti birmənalıdır: “Cinsiyyət orqanını dəyişdirmək üçün bizə kifayət sayda müraciət edənlər olur. İlk növbədə belə pasiyentləri psixoloqa göndəririk. Bu fikrə düşən insanlar daha çox hansısa sosial problemlərin nəticəsində belə qərar verir. Onları psixoloji yardıma istiqamətləndirmək daha çox fayda verir. Cinsiyyət orqanlarının anomaliyasında isə hər cür əməliyyatlar aparırıq. Anadangəlmə cinsiyyət üzvündə problemlər olduqda, ikili cinsiyyət olduqda həmin əməliyyatları həyata keçiririk. İkili cinsiyyət olduqda isə analizlər, müayinələr aparılır. Şəxsdə hormonlar XX çıxarsa kişi cinsiyyət orqanı, XY çıxarsa qadın cinsiyyət orqanı saxlanılır.

Türkiyədə cərrah işlədiyim vaxtlar cinsiyyət orqanı əməliyyatı həyata keçirmişəm. Avtoqəzada cinsiyyət orqanı qırılıb düşən insanın qolundan toxuma götürərək yerinə bərpa eləmişəm. Heç bir cinsi, fiziki problemi, anomaliyası olmayan insanı isə ağlı başında heç bir həkim əməliyyata qəbul etməz. Ola bilər ki, bu qanunvericiliklə qadağan deyil. Lakin bu tibbə ziddir. Cinsiyyət üzvündə problem, anomaliya olmayan insanın cərrah yanına gəlib cinsiyyət üzvünü dəyişdirmək müraciəti sadəcə olaraq psixoloji problem nəticəsində yaranır. Bunun da yeganə yolu həkim-psixoloqun köməyindən faydalanmaqdır. Cinsiyyətini dəyişdirmək istəyən insanın ünvanı cərrah yox, psixoloqdur Azərbaycanda belə bir əməliyyatı həyata keçirən həkim isə yoxdur. Bu dəqiq məlumatdır”.

Cinsiyyətini dəyişdirmək və ya avropalıların təbirincə desək, “unisex” olmağa tibb də, qanunvericilik də imkan verir. Lakin əsas məsələ illərlə qadın, yaxud kişi kimi yaşayan insanın belə bir qərar verməsinin sosial amillərdən doğması düşündürücü məsələdir. Böyük maddiyyat tələb edən əməliyyatı etdirənlərin çoxunun maddi vəziyyəti elə də yaxşı olmayan insanlardır. Türkiyə musiqisinin divası hesab edilən Bülənt Ərsoy müsahibəsində deyir ki, cinsiyyətini dəyişdirmək üçün əməliyyata pul toplamaq məqsədi ilə 2 il ən ucuz pavilyonlarda oxumağa belə razı olub. Nəhayət, 1982-ci ildə lazım olan 40 min dolları toplayıb Londonda əməliyyat keçirib. Səbəbini isə belə izah edir: “Kişi kimi heç vaxt xoşbəxt olmamışam. Layiq olduğum qiyməti isə qadın olduqdan sonra alacağımı düşünmüşəm”.
İnsanlara layiq olduğu qiyməti cinsiyyətinə görə verməyək.

publika.az

Orqazm

5b139eb8a5

Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq vəziyyəti dəyişmək vaxtıdır.

Daimi orqazm hissi keçirən qadınlar (partnyorla və ya tək) döş xərçənginə tutulma ehtimalını 15%, daxili cinsi orqanların xərçəngi 15%, infarkt 13%, insulta tutulma riskini 10% azaldır.
Fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar digərlərinə nisbətən 2,5 dəfə çox gülümsəyir. Məsələ ondadır ki, orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Həmçinin məlum olub ki, həftədə iki dəfədən az sekslə məşğul olanlar əhvalın düşgünlüyündən əziyyət çəkir. Müntəzəm sekslə məşğul olan qadınlar isə bu problemlə üzləşmir.
Dietoloqlar arıqlama vasitəsi kimi seksi məsləhət görürlər. Çünki orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır.
Həmçinin mütəzəm seks yuxusuzluğun dərmanıdır. Gün ərzində yığılan gərginlik aradan qalxır və beləliklə insan rahatlaşaraq yuxuya getməyə hazır olur.
Orqazm zamanı biz infeksiyaları məhv edən fizioloji reaksiya keçiririk (temperaturun yüksəlməsi, tərləmə, nəbzin sürətlənməsi ).

Bəzi qadınlar klitoral və ya vaginal seksin faydalı olduğunu soruşurlar. Fizioloji nöqteyi-nəzərdən onlar arasında fərq yoxdur. Çünki bu və ya digər yolla orqazm qadın orqanizminin özəlliyindən asılıdır. Həmçinin qadının əhvalı və ya ümumi abu-havadan çox şey asılıdır.
25% pasiyent partnyorla birgə seks zamanı orqazmın baş verməməsindən şikayətlənirlər. Lakin özləri özlərini problemsiz qane edirlər.

Orqazm nədir? sualının cavabı kimi onu demək olar ki, orqazm – çox incə məsələdir Adi miqren və ya partnyorun fısıltısı onu hürkdürə bilər. Lakin bundan başqa hər birimizin seksual meyilliyimiz var (psixoloji və ya fizioloji), onlar haqda biz yataqda unuduruq. Fantaziyalarınızı yada salın, çalışın sevgilinizlə yataqda olarkən məhz bu cür vəziyyət yaradasınız. Bu zaman orqanizminiz həzzi qəbul etmək üçün hazır olacaq.

Ekstaz zirvəsində olmaq
Yeri gəlmişkən orqazma çatmaq daha asan olur:
sevişərkən ayağınızda yun corab varsa – isti ayaqlar orqazma çatmanı 30% artırır. Hollandiya alimləri bu fikrə gəliblər.
Partnyorun intellekti yüksəkdirsə və ya qadınla eynidirsə, alman alimləri bu fikrə gəliblər
Partnyor kifayət qədər varlıdırsa: kişinin gəliri nə qədər çoxdursa, qadın orqazmının sayı da artır. Avstraliyalı kişilər bu qənaətə gəliblər.
Zümrüd rəngli yataq dəstində sekslə məşğul olursunuzsa. Bu rəng insanı həyəcanlandırır və cürətə gətirir.
Seksdən əvvəl vanilli dondurma yemək – bu seksual hissiyatı artırır və orqazmı daha parlaq edir.

Orqazm ilk növbədə qadının beynində baş verir. Bu söz boş yerə deyilməyib. Çalışın maksimal sakit şərait yaradasınız. Vacib məsələləri və ya münasibətləri həll etməyin. Əsas odur ki, özünüzün nə dərəcədə cəlbedici olduğunuzu hiss edəsiniz. Yaraşıqlı alt paltarı seçin, vanna qəbul edin. Çalışın bütün neqativ fikirləri və hadisələri kənara atasınız. İncəliyə, zərifliyə yer ayırın. Bir-birinizə sığal çəkin. Əmin olun sizdə alınacaq. İstədiyinizi deməkdən çəkinməyin. Cəsarətli olun. Qarşınızdakı yad insan deyil və o heç vaxt sizin istəklərinizə gülməyəcək.

Qadınlarla kişilərin orqazma çatmaq vaxtları fərqlidir. Seksoloq Alfred Kingzlinin dediyinə görə, 75% kişilər orqazma cinsi əlaqədən 4 dəqiqə sonra çatır, qadınlarda isə bu vaxt 10-20 dəqiqə arasında dəyişir.

Kişilər qadınlarda nələri seksual bilir???

 

xeber

Davranış, rəftar çox önəmlidir! Bəzən stresden və əsəbləşən zaman, hər hansısa bir şey haqqında düşünərkən dodaqlarımızı dişləyərik. Ancaq sən demə bu hərəkət kişilyə seksual təsir bağışlayarmış. Göz gözə gəlidiyimizdə gözlərimizi ondan qaçırmasaq, onda özgüvən hissi yaradaraq onu dəli edə bilərik. Masaj kəlməsi belə bir kişini başdan çıxardır. Artıq sonrasını özümüz düşünək. Qalstuk bağlamağı öyrənin. Çünki kişilər bunu bacaran qadınardan təsirlənər.

Geyimlərdə seksuallıq! Çılpaq seksuallıq artıq keçmişdə qalın. İndi önəmli olan açıq saçıq geyinmədən seksual ola bilməkdir. Seksi görünə bilməyin ilk addımı hündür daban ayaqqablardan başlayar. Büstqalter kişilərin daha çox diqqətini çəkər. Eyni zamanda da bir çiyni açıq geyimlərdə seksidir. Ancaq bele geyinərkən halqa sırğa taxmağı da unutmayın. Bu iki kombini kişini yoldan çıxarmaq üçün kifayətdir.

Qadını qadın edən saşdır! Saç rəngi barəsində hər bir kişi fərqli düşünsədə ancaq bu mövzuda ortaq fikirləri “Qadın uzun saçlı olmalıdır”. Hətta qadının saçından gələn şampun iyi də kişini yoldan çıxardır. Qələmlə yığılmış saç da o cümlədən.

Bəzi alışqanlıqlarımız da seksual ola bilər! Bütün qadınların etdiyindən fərqli hobbilər tapın. Məsələn, bilyard, nərd, playstation kimi. Həyata qarşı tutqulu, bir az düşüncəsiz və soyuq görünməmiz də seksual təsir bağışladar. Ancaq həddini aşmamaq şərti ilə. Bütün bu araşdırmaların nəticəsində əsas olaraq bildirirlir ki, qadın geyimində 40% dekolte etməlidir. Bu rəqəmi keçsəniz bəsit (yəni əlçatan),daha çox qapansanız isə mühafizəkar təsir bağışlayarsınız.

Tanrı hissəciyi

CMS_Higgs-event.canli xeber

Fiziklər uzun müddətdir axtarılan “Hiqqs bozonu” adlandırılan hissəciyi tapdıqlarından əmin olduqlarını deyib.

ANN.Az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) 2012-ci il “Hiqqz bozonu” ilə bağlı bütün məlumatları gözdən keçirdiklərini və alimlərin keçən ilki kəşfinin elm aləmində geniş şəkildə “Tanrı hissəciyi” kimi tanınan “Hiqqz bozonu”nun bir növü olduğunu bildirib.

“CERN” fiziki Co İnkandela yaydığı bəyanatda bildirilir ki, tapılan hissəciyin “Hiqqs bozonu” olduğundan əmin olsalar da, onun hansı növ “Hiqqs bozonu” olduğunu müəyyənləşdirmək üçün uzun müddət lazımdır.

Uzun müddətdir elm aləmində müzakirə edilən bu subatom hissəciyin materiyanın kütləsinin necə əmələ gəldiyini izah etməyə qadir olduğuna inanır.

Azərbaycan terror təhlükəsinə görə 81-ci yerdədir

images.canli xeber

İqtisadiyyat və Sülh İnstitutu Merilend Universiteti ilə birgə hazırladığı dünya ölkələrinin terror təhlükəsi reytinqini açıqlayıb.

158 ölkəni əhatə edən reytinqdə Azərbaycan terror təhlükəsi səviyyəsinə görə 81-ci yerdə qərarlaşıb.
“Terror təhlükəsi indeksi” 4 kriteriya (2012-ci ildə həyata keçirilən terror aktları, maddi zərər, ölən və zərərçəkənlərin sayı) üzrə müəyyənləşdirilib.
Siyahıda ilk yeri İraq tutub. Ötən il bu ölkədə 1228 terror aktı həyata keçirilib, nəticədə 1798 nəfər ölüb, 4905 nəfər yaralanıb. Maraqlıdır ki, İraqda terror aktına iştiraka görə ölüm cəzası qüvvədədir.
İkinci yerdə Pakistan gəlir. 2012-ci ildə bu ölkədə 910 terror hadisəsi baş verib, 1468 nəfər ölüb, 2459 nəfər yaralanıb.
İlk üçlüyü Əfqanıstan tamamlayır – 364 terror aktı, 1293 ölü, 1882 yaralı.
İlk onluqda Hindistan, Yəmən, Somali, Nigeriya, Tailand, Rusiya və Filippin də var. Türkiyə 19-cu, Ermənistan 97-ci yerdədir.
Son onillikdə cəmi 31 ölkədə terror aktı baş verməyib. Avropada terror aktlarının sayı azalsa da, bu hadisələr zamanı ölənlərin sayı ABŞ-ın göstəricisini 19 dəfə üstələyir.

Qadınların havası

hava.canli xeber

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.

Martın 08-dən 10-dək Abşeron yarımadasında nisbətən sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.