Bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramıdır

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Canlı Xəbərin-in məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına «Göstərir Bakı» kəlməsilə başlayıb. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi göstərilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir. İnterAz kanalı isə Azərbaycanda və Rusiyada yayımlanır.

Bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyirik!

By Baş Redaktor Cəmiyyət içinde yayınlandı

BDU THİK daha bir mükafata layiq görüldü

img-20130419-00047

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin son illər ərzində həyata keçirdiyi genişmiqyaslı tədbirləri nəzərə alan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi BDU THİK-ni  “Dövlət gənclər siyasətini həyata keçirilməsində fəallığına görə” fəxri fərmanla təltif edib. Bu mükafatın təqdim edilməsi ilə əlaqədar təşkil olunmuş tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov dövlət gənclər siyasətinin məqsədi, həyata keçrilən proqramlar və bu proqramların nəticələri haqqında gənclərə geniş məlumat verdi. Gənclərə bütün istiqamətlərdə dövlətin qayğısından bəhs edən Daşqın Qənbərov xüsusilə BDU gənclərinin bu siyasətdə iştirak etmək və gənclər siyasətinin həyat keçirilməsinin önəmini vurğuladı. Qazandıqları bu növbəti  uğurun əldə olunmasında universitet tələbələrinin rolunu qeyd edən Daşqın Qənbərov gənclərə öz təşəkkürlərini bildirdi və çıxışının sonunda ölkə başçısının gənclərə olan diqqət və qayğısını, gənclərin bu qayğı nəticəsində dünyada önəmli nailiyyətlər əldə etdiyini universitet gənclərinə xatırlatdı və cənab  İlham Əliyevə öz minnətdarlığını bildirdi.

DSC_0003

 

Sonra çıxış edən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Elvin İbrahimov universitet gənclərinin yüksək potensialından və son zamanlarda Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir çox qurumlar tərəfindən ard-arda mükafatlandırılması haqqında danışdı.  Daha sonra çıxış edən İlahiyyat fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri İlkin Şərifov tələbələri əldə olunan mükafatlarla kifayətlənməməy, bu yolda daha əzmkar olmağa səslədi.

Tədbir maraqlı müzakirələ sona yetdi.

Bakı Dövlət Universiteti TələbəHəmkarlar İttifaqı Komitəsi Ulu Öndərimiz, Ümummilli liderimiz Heydər Əliyevin andan olmasının 90 illik yubileyinə həsr olunmuş fakültələrarası futbol çempionatının açılış mərasimi keçirib.

DSC_0027

 

13 .04.2013-cü il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Ümummilli liderimiz Heydər Əliyevin andan olmasının 88-ci il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatının təntənəli açılış mərasimini keçirib.

Mərasimdə iştirak edən Bakı Dövlət Universitetinin rektoru akdemik Abel Məhərəmov mərasimi giriş sözü ilə açaraq tədbririn əhmiyyətindən danışıb. Abel müəllim qeyd edib ki bu yarışma tələbələrin asudə vaxtının səmərəli təşkili və onların sağlam həyat tərzi keçirmələri baxımından eyni zamanda Ulu öndərimiz Heydər Əliyev ruhunda tərbiyyə edilmələri baxımından çox mühüm əhəmiyyət kəsb edir. Daha sonra çıxış edən natiqlərdə yarışın universitetdə futbolun inkişafına cox böyük töhvə verdiyini bildiriblər. BDU THIK-nin sədri Daşqın Qənbərov bu tip tədbirlərin, xüsusi ilə də futbol turnirinin tələbələr arasında idmana olan kütləvi marağın formalaşdırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonda mərasim maraqlı konsert proqramı ilə davam edib. 1500 nəfərdən artıq tələbənin qatıldığı açılış mərasimi bitdikdən dərhal sonra ilk oyuna start verilib. Onu da qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin andan olmasının 90-cı il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatı universitet ictimaəti tərəfindən cox böyük maraqla qarşılanıb.

DSC_0002 DSC_0020 IMG_0244 IMG_0257 IMG_0275 IMG_0294 IMG_0302 IMG_0327 IMG_0328 IMG_0352

 

Zakir Qaralov Fransa prokurorluğuna müraciət etdi

zakir qaralov 01.03.2013

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ankara və Parisdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı həmkarlarına müraciətlər ünvanlayıb. 

“Qafqazinfo”nun Prokurorluğun rəsmi saytına istinadən verdiyi xəbərə görə, müraciətdə bildiirlir ki, 4 fevral 2013-cü il tarixdə Ankara şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilmiş aksiya zamanı bir qrup ermənipərəst şəxsin hücumuna məruz qalmış tədbir iştirakçılarından 7 nəfəri xəsarət alıb.

Bundan başqa, cari il fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da erməni diasporunun üzvləri tərəfindən döyülərək onlara bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasının Baş prokuroru erməni diasporu və ermənipərəst qüvvələrin bu hüquqazidd əməllərini qəti şəkildə pisləyərək Türkiyə və Fransa hüquq mühafizə orqanlarından hadisələrin obyektiv və şəffaf şəkildə araşdırılmasının, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarının təmin edilməsi üçün Türkiyə Respublikasının Yarqıtay Baş prokuroruna, Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokuroruna və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokuroruna müraciətlər edib.

“Siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır”

siqaret01.03.2013

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanları tərəfindən siqaret satışına nəzarət gücləndirilməlidir. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2001-ci ildə qəbul olunmuş “Tütün və tütün məmulatı haqqında” qanunda siqaret qutularının formaları, markalanması, qutunun üzərindəki yazılar – siqaretin zərərli təsirinin olması, Səhiyyə Nazirliyinin xəbərdarlığı və digər məsələlər öz əksini tapıb.

“Lakin bu gün həmin qanunun müddəaları yetirilmir. Bu səbəbdən tütün istehlakına məhdudiyyətlər praktikada özünü doğrultmur”, – Quliyev bildirib.

Komitə sədrinin müavini qeyd edib ki, qanunla aydın şəkildə siqaretin, papirosun və siqarların ədədlə satılmasına qadağa qoyulub. Lakin buna əməl etməyənlərə qanunvericiliklə nəzərdə tutulmuş cərimələr tətbiq olunmur.

“Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır. Amma çox təəssüf ki, hələ də qanunun bu maddəsi yerinə yetirilmir”, – deputat deyib.

Deputat hesab edir ki, Azərbaycanda bu və ya digər məsələlərdə qanunvericiliyin sərtləşdirilməsinə qapalı yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunduqda baxmaq olar.

 

Qafqazinfo.Az

“Homoseksual doğulmaq seçimim deyil”

Isa-Shahmarli-ile-musahibe-600x300 01.03.2013

“Bu mənim seçimim deyil. Məsələn heteroseksual qadın və ya kişi olmaq necə sizdən asılı deyilsə, homoseksual olaraq doğulmağım da məndən asılı deyil. Vücudumun varoluşu belədir.”

Bu sözlər İsa Voland kimi təqdim olunmasını istəyən gənc müsahibimizə aiddir. Onun 20  yaşı var, tələbədir. Bildirir ki , qarşı cinsə heç vaxt marağı olmayıb.  16-17 yaşlarında əmin olub ki, oğlanlar onun diqqətini cəlb edir. O, məsələni ailəsinə də açıqlayıb.

Anamla ilk danışmışam. Anam xəstə kimi baxırdı. Bu söhbətlər axşam olmuşdu. Səhər isə mən ona internetdən dünya çapında psixoloqların rəylərini, həkimlərin rəylərini göstərdim. Yenə də deyirdi, mən ümid edirəm ki, yaxşı olacaqsan.  Atam bilir,  psixoloqun rəyini də bilir, amma bu barədə heç nə danışmamışıq.

İsa deyir ki, cəmiyyətdə hansısa bir məsələ ilə bağlı fikir bildirmək istəyəndə onun homoseksual olmasını qarşısına sədd olaraq qoyurlar. Psixoloq məsləhətindən istifadə etməyi tövsiyyə edirlər. Ancaq həmin insanların özləri daha çox psixoloji təziq etdiklərini anlamırlar. Bu isə sənin cəmiyyətdən təcrid olunmağına və psixoloji gərginlik yaşamana gətirib çıxardır. Bu məsələdə isə yaxın dostlarının pis rəftarı xüsusi təsirə malikdir.

Onlar  ailəmdən belə qatı davrandılar. Başladılar  mənim bütün tanışlarıma yaymağa , bütün sinif yoldaşlar, qrup yoldaşlar, müəllim… İndiyə qədər də universitetdə kim varsa, ilk tanışdıqları adama belə  deyirlər ki, İsa homoseksualdır. Qrup yoldaşım, hətta,  universitetin qabağında məni döymüşdü ki , sən kişiliyə təhqirsən.

İsa gələcəyi barədə tərəddüd içində olduğunu deyir.  Ölkəni tərk etmək istəsə də, bir o qədər də qalmaq istəyir. Deyir ki; “ Mənim də arzularım var, mənim də təhsil, karyera planlarım var. Ailəm məni nə qədər qəbul eləsə də cəmiyyəti düşünür. Bilirlər ki, mən burda istədiyim həyatı yaşaya bilməyəcəm.”  Səbəbini isə belə açıqlayır.

İlk dəfə Azərbaycanda transseksuallar öz cinslərini dəyişəndə heç kim onlara iş vermirdi. Onları qapıdan göndərirdilər, döyürdülər, təhqir edirdilər. Onlar da acından ölməmək üçün başladılar fahişəlik eləməyə . Və o dövrdən cinsi azlıq deyilən kimi gözlərinin önünə pozğun bir həyat gəlir. Artıq qınama başlayır .

Cəmiyyətin homoseksualları necə qəbul etdiyini, onlara necə yanaşıldığını öyrənmək üçün şəhər sakinləri arasında sorğu keçirdik. Müsahiblərdən bəziləri qəti olaraq homoseksuallara qarşı olsa da, bəziləri isə məsələyə tolerant yanaşmağın tərəfdarıdır.

Çox pis, xoşuma gəlmir. Mənə elə gəlir ki, təbiətə protiv getmək olmaz. Təbiət qadın yaradıb, kişi yardıb. Camaatı nə özündən çıxardır mən bilmirəm.  Nəsə onlarda beyin pozulması var .

Pis, xarici ölkələrdən bura bu zir-zibili gətirirlər, kişilərə bax, oğlanlara bax. Nə gündə gəzirlər bu saat? Saçlarına bax, bunların bir vid-fasonuna bax. Kişilik qalmayıb, bir şey qalmıyıb! Bununla nə müharibədən danışmaq olar?!

Pis deyil, əgər özlərinin şəxsi həyatını reklam eləməsələr .

Azərbaycanda 2 ilə yaxındır fəaliyyət göstərən Azad LGBT cinsi azlıqların hüquqlarını qoruyan qeyri-hökümət təşkilatının həmtəsisçisi və həmsədri, Vüqar Adıgözəlov deyir ki, dünyada hər il minlərlə cinsi azlıq psixoloji təziqlərə dözməyərək özünü öldürür.  Bu səbəbdən onlar təşkilatın məqsədini məhz həmin istqamətə müəyyənləşdiriblər.

Təşkilatımızın əsas hissəsi Azərbaycanda cinsi azlıqların hüquqlarını müdafiə eləmək, eyni zamanda onların cəmiyyət tərəfindən qəbul olunmasını təmin etmək, həmin istiqamətdə işlər görməkdi. Biz təmənnasız hüquqi yardım, eyni zamanda psixoloji yardım göstəririk. Bilirsiz ki, dünyada hər  il 30 mindən çox insan sırf buna görə özünü öldürür. Azərbaycanda da bu situasiya qaçılmaz olur.

Psixoloq Murad İsayev isə cinsi azlıqlara xəstə və ya ayrı bir növ kimi baxılmağın düzgün olmadığını, əksinə onların daha aktiv analiz elediklərini və normal həyat tərzi qurduqları fikrindədir. Ancaq onu da deyir ki,  Azərbaycan ailələri  cinsi azlıqlara sərt reaksiya verir.

Çox dəhşətli şəkildə təbii ki azərbaycan ailələri qəbul eliyir. Həmin insan bəlkə də, bütün nəsildə gözdən salınır. Özünəgüvən duyğusu və s . Qaş düzəldən yerdə  göz vurub çıxardırlar. Problemə düşən insanı, əgər həqiqətən özünü problemdə görürsə bu insan, kömək eliyək. Və bu propaqandaların qarşısı mütləq alınmalıdır. 

Gənclərin səsi radiosu : http://gsr.fm/homoseksual-dogulmaq-secimim-deyil/

Aqil Abbas yubileyini filmə baxaraq qeyd edəcək

aqil abbas 31.03.2013

Sabah (red. 01.04.2013) tanınmış yazıçı-publisist Aqil Abbasın 60 yaşı tamam olur. SİA-nın məlumatına görə, yazıçı yubiley axşamını “Nizami” Kino Mərkəzində “Dolu” filminin nümayişinə qatılmaqla keçirəcək.

Yazıçı bütün dostlarını, həmkarlarını, bu xoş gününü onunla keçirmək istəyən hər kəsi aprelin 1-də, saat 19:00-da “Nizami” Kino Mərkəzinə “Dolu”nin ictimai baxışına dəvət edir.

Azərbaycanda sabahdan etibarən telefonların yığım kodları dəyişdiriləcək – SİYAHI – KODLAR

telefon31.03.2013

Respublikada yeni yığım formatı tam tətbiq olunacaq.

 

Sabahdan Azərbaycan ərazisində yeni zona kodları tam tətbiq ediləcək və köhnə yığım qaydası tam dayandırılacaq. Qeyd edək ki, Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.

Yeni sistemə keçidlə əlaqədar olaraq artıq 1 aprel 2013-cü il tarixindən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. (anspress)

Şəhərlərarası telefon kodları
Bakı şəhəri – 012
Bakı-012 3XX XX XX
012 4XX XX XX
012 5XX XX XX

Abşeron-012 3XX XX XX

Sumqayıt şəhəri – 018
Sumqayıt-018 6XX XX XX
BAKU TOLL – 020
Bərdə-020 20X XX XX
Ucar-020 21X XX XX
Ağsu-020 22X XX XX
Ağdaş-020 23X XX XX
Qobustan-020 24X XX XX
Kürdəmir-020 25X XX XX
Şamaxı-020 26X XX XX
Göyçay-020 27X XX XX
İsmayıllı-020 28X XX XX
Zərdab-020 29X XX XX

ŞORVAN TOLL – 021
Hacıqabul-021 20X XX XX
TransEuroCom-021 428 XX XX
Şirvan-021 21X XX XX
Beyləqan-021 22X XX XX
Sabirabad-021 23X XX XX
İmişli-021 24X XX XX
Səlyan-021 25X XX XX
Neftçala-021 26X XX XX
Ağcabədi-021 27X XX XX
Saatlı-021 28X XX XX

GƏNCƏ TOLL – 022
Göygöl-022 20X XX XX
Daşkəsən-022 21X XX XX
Ağstafa-022 22X XX XX
TransEuroCom-022 428 XX XX
Gəncə-022 25X XX XX
022 26X XX XX
TransEuroCom-022 428 XX XX
Tərtər-022 23X XX XX
Goranboy-022 24X XX XX
Samux-022 27X XX XX
Qazax-022 29X XX XX
Şəmkir-022 30X XX XX
Tovuz-022 31X XX XX
Gədəbəy-022 32X XX XX
Yevlax-022 33X XX XX
TransEuroCom-022 428 XX XX
Naftalan-022 35X XX XX

QUBA TOLL – 023
Siyəzən-023 30X XX XX
Xızı-023 31X XX XX
Xaçmaz-023 32X XX XX
Quba-023 33X XX XX
Şabran-023 35X XX XX
Qusar-023 38X XX XX

ŞƏKİ TOLL – 024
Qəbələ-024 20X XX XX
Oğuz-024 21X XX XX
Zaqatala-024 22X XX XX
Şəki-024 24X XX XX
Qax-024 25X XX XX
Mingəçevir-024 27X XX XX
Balakən-024 29X XX XX

LƏNKƏRAN TOLL – 025
Yardımlı-025 20X XX XX
Masallı-025 21X XX XX
Astara-025 22X XX XX
Cəlilabad-025 24X XX XX
Lənkəran-025 25X XX XX
Lerik-025 27X XX XX
Biləsuvar-025 29X XX XX

ŞUŞA TOLL – 026
Xocalı-026 20X XX XX
Laçın-026 21X XX XX
Xankəndi-026 22X XX XX
Qubadlı-026 23X XX XX
Əskəran-026 24X XX XX
Zəngilan-026 25X XX XX
Şuşa-026 26X XX XX
Kəlbəcər-026 27X XX XX
Ağdərə-026 28X XX XX
Xocavənd-026 29X XX XX
Hadrut-026 30X XX XX
Füzuli-026 31X XX XX
Ağdam-026 32X XX XX
Cəbrayıl-026 38X XX XX

NAXÇIVAN – 036
Naxçıvan-036 5XX XX XX
Naxtel şəbəkəsi üzrə-036 554 XX XX
Naxtel CDMA-060 540 XX XX
Babək-036 541 XX XX
Şərur-036 542 XX XX
036 552 XX XX
Şahbuz-036 543 XX XX
Culfa-036 546 XX XX
Ordubad-036 547 XX XX
Kəngərli-036 548 XX XX
Sədərək-036 549 XX XX

 

AZXEBER.COM

Millət vəkili Qənirə Paşayeva Türkiyə bələdiyyələrinə çağırış edib

Millət vəkili Qənirə Paşayeva İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirdəki çıxışında Türkiyə bələdiyyələrinə çağırış edib

Qənirə Paşayeva Türk Ocaqları İstanbul şöbəsinin təşkil etdiyi toplantının açılışında çıxış edən qurumun başqanı Cezmi Bayram 31 mart soyqırımı barədə Türkiyədə məlumatın az olduğunu bildirib. Onun sözlərinə görə, bu tarixi hadisələrin Türkiyədə yüksək səviyyədə qeyd olunmaması utancvericidir.

C. Bayram Xocalı faciəsinin soyqırım kimi tanınması ucun Türkiyə Böyük Millət Məclisinə müraciət edəcəklərini də deyib.

Memar Sinan Universitetinin professoru Nesrin Sariahmetoglu ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımının sistemli şəkildə planlaşdırıldığını vurğulayıb. 31 mart soyqırımını türk tarixinin qara səhifələrindən biri kimi xarakterizə edən Nesrin Sariahmetoglu ermənilərin türklərə qarşı törətdiyi soyqırımlarının gənc nəsillərə daima öyrədilməsinin vacibliyindən bəhs edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva 31 mart soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu dedi.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Q. Paşayeva qeyd edib ki, ABS-ın 2 ştatında 1918-ci ilin 31 mart soyqırımı anım günü kimi qeyd edilməsi haqqında qətnamələr qəbul edilib: “Deməli, biz ardıcıl səkildə və yorulmadan çalışanda bir çox şeyi dəyişdirməyə gücümüz çatir”. Türkiyədə Ceyhan və Qızılcahamam bələdiyyələrinin Xocalı qətliamlarını soyqırım kimi tanıyan qətnamələr qəbul etdiyini deyən millət vəkili Qənirə Paşayeva Türkiyə bələdiyyələrinə çağırış etdi. Millət vəkili Türkiyədəki bələdiyyələrə müraciət edərək, onların 31 mart – Azərbaycanlıların soyqırımı gününün anım günü kimi qeyd edilməsi barədə qətnamələri qəbul etmələrinin müsbət bir hal ola biləcəyini dedi.