Dünya tarixində 10 ən qəddar hökmdar

Tarixin ən qəddar hökmdarları ıçərisində Stalin Hitlerdən öndə gedir.

 

Dünya tarixində bir çox hökmdar başqa insanların əzab və iztirablarına tamamilə biganə yanaşırdılar, bəzi qəddar hökmdarlar belə əzablardan hətta həzz alırdılar və müəyyən sosial qrupları hər cür alçaltmaq və diskriminasiya etməyə çalışırdılar, bəzi kralların isə qəddar qəribəlikləri var idi. Aşağıda dünya tarixində iz buraxmış və bizim bu günümüzə təsir etmiş 10 ən qəddar hökmdarları təqdim edirik.

  • 10. Oliver Kromvel

    Oliver Kromvel – İngiltərənin 17-ci əsrdə siyasi və hərbi lideri. O, Şotlandiya və İrlandiya katoliklərinə qarşı nifrəti ilə tanınır. İrlandiyada Kromvelin qoşunları katolik din xadimləri də daxil olmaqla 3500-ə yaxın insanı qırıb. Onun əmri ilə Veksfordda daha 3500 insan qətlə yetirilib. Ümumilikdə, İrlandiya kampaniyası çərçivəsində təxminən 50 min insan qətlə yetirilmiş və didərgin salınmışdır. Şotlandiyanın Dandi şəhərində o, şəhər limanını məhv etmiş və 2 min insanı qətlə yetirmişdir.

  • 9. Maksimilian Robespyer

    Maksimilian Fransua Mari İsidor de Robespyer siyasətçi, natiq, hüquqşünas və, ümumilikdə, Fransa inqilabının çox vacib fiquru olub. Ən qəddar hökmdarlar siyahısında yer alması da təsadüfi deyil. O, Fransaya 40 min insanın həyatına son qoymuş “Terror Əsri”ndə rəhbərlik edib. Bir çox aristokrat, din xadimi, orta təbəqə təmsilçiləri və kəndlilər onun rəhbərliyi altında məhv edilmişlər. Özünəməxsus “ədalət məhkəməsinin” çoxsaylı aktlarını həyata keçirdiyinə görə Robespyerin 1794-cü ildə istintaqsız və məhkəmə hökmü olmadan boynu vurulmuşdur.

  • 8. İvan Qroznıy

    İvan Qroznıy və ya Dördüncü İvan Vasilyeviç – rus çarı, demək olar ki, indiki ərazisi çərçivəsində gördüyümüz müasir Rusiyanın yaradıcısıdır. Sibirin, Kazanın və digər daha geniş ərazilərin zəbt edilməsi, hakimiyyətin mərkəzləşdirilməsi və qanun toplusunun yaradılması – bunlar onu məşhur edən cuzi şeylərdir. Bundan daha məşhur olan onun qəddarlığıdır. Məsələn, Novqorodun mühasirəsi. Sakinlərin xəyanətindən və onların Polşa ilə sövdələşnəsindən şübhələnən çar şəhəri dairəsinə alan hündür divarın tikilməsini əmr edib – hər gün çarın əsgərləri şəhərdən 1500 təsadüfi adam seçib qətlə yetirirdilər.

  • 7. Üçüncü Vlad

    Üçüncü Vlad (Drakula) – zorakılıq və qətllərdən sözün əsl mənasında həzz alan Valaxiya hökmdarı. Onun qurbanlarının sayı 40 mindən 100 minədək ölçülür. Onun qəddarlığı o səviyyəyə çatmışdır ki, şəhəri zəbt etməyə gələn Türk ordusu şəhərdə çürüyən 20 min meyitə rast gəlib geri dönmüş və məqsədinə çatmamışdır.

  • 6. İdi Amin

    İdi Amin Dada – 1971-ci il çevrilişi nəticəsində hakimiyyətə gəlmiş Uqanda diktatorudur. Onun qurduğu rejim çox güclü iqtisadi böhran, korrupsiya, etnik qarşıdurmalar, amansız qətllər, siyasi repressiyalar və insanların haqq və azadlıqlarının tam məhv edilməsi ilə səciyyələndirilir. Onun qanlı hökmdarlıq dövründə 100 mindən 1,5 milyona qədər insan qətlə yetirilib. Amin ətrafdakılarını hər zaman xəyanətdə, eləcə də İsrail, SSRİ və Qərb dövlətlərinin xeyrinə cəsusluq etməkdə şübhəli bilib. O, Səudiyyə Ərəbistanında sürgündə vəfat edib.

  • 5. Pol Pot

    Pol Pot və ya Salot Sar – Kamboca siyasətçisi, “qırmızı kxmerlərin” rəhbəri və 1975-1979-cu illərdə Kampuçiya Demokratik Hökumətinin başçısı olub. “Ziyalı” və “burjuaziyaya” aid edilən Kamboca xalqının qanlı soyqırımı onun işidir. Cəmi 4-illik hökmdarlığı zaman o, Kamboca xalqının 20%-ni və ya 1,5 milyon insanı məhv edib.

  • 4. İkinci Leopold

    İkinci Leopold Belçikanın ikinci kralı və Konqo hökmdarı olub. O, atası Birinci Leopoldun vəfatından sonra 1865-ci ildə taxta çıxıb və hakimiyyəti əlində saxlaya bilib. Onun Konqodakı hökmdarlığı tarixdə ən qalmaqallılardan sayılır. Leopold Afrikada Belçikanın ərazisindən 76 dəfə böyük olan əraziləri zəbt etmişdir. Onun rejimindən 3 milyondan artıq Konqo vətəndaşı həlak olub.

  • 3. Adolf Hitler

    Təqdimata ehtiyacı olmayan insan – Faşist Almaniyasının hökmdarı və mərkəzi fiquru. Üçüncü Reyx adı ilə tanınan diktatura yaratmışdır. Onun siyasətçilərinin rəhbərliyi altında milyonlarla insan həlak olmuşdur. Yalnız Rusiyada İkinci Dünya müharibəsi illərində 20 milyon dinc əhali və 7 milyon əsgər həlak olmuşdur.

  • 2. İosif Stalin

    Araşdırmalara əsasən, onun qəddar rejimindən 3 milyondan artıq insan həlak olub. 800 min insan siyasi və kriminal xarakterli səbəblərdən edam edilmiş, 1,7 milyon insan əmək düşərgələrində ölmüş (QULAQ), 400 minə yaxın insan köçürmələr zamanı dünyasını dəyişmiş, 6 milyonu isə aclıqdan vəfat etmişdir.

  • 1. Mao Tszedun

    Bu qəddar hökmdarın Çini idarə etdiyi dövr ərzində ölkə əhalisinin 350 milyon nəfərə artmasına baxmayaraq, Mao Tszedun milyonların ölümünə görə məsuliyyətlidir. Onun hökmdarlığının ilk illərində bir neçə mülkədar-feodallar kəndlərindən çıxarılaraq edam edilmişdir. Nəticədə bu 700 min insanın ölümü ilə nəticələndi. 6 milyon insan isə əmək düşərgələrinə göndərilmişdir. Bir neçə ildən sonra, aclıq və “Böyük sıçrayış”ın digər şəraiti ucbatından, müxtəlif qiymətləndirmələrə görə, 15 milyondan 46 milyona qədər insan ölmüşdür. Ancaq bununla da Çin xalqının iztirabları bitmədi. 60-cı illərin mədəni inqilabı dövründə 100 milyona yaxın insan əzab-əziyyət çəkdilər.

Putin: “Seksual yöndən asılı olmayaraq Soçidə hamı özünü rahat hiss edəcək”

Rusiya prezidenti Vladimir Putin Soçidə Qış Olimpiadası keçiriləcək dövrdə seksual azlıqların narahatlığı üçün heç bir əsasın olmayacağını bildirib.

Rusiya prezidenti bu fikri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Thomas Bach ilə görüşü zamanı söyləyib

Bundan əvvəl Rusiya həddi buluğa çatmamış yeniyetmələr arasında “homoseksual təbliğatı” qadağan edən qanunu qəbul etdiyinə görə tənqid edilmişdi.

“Biz əlimizdən gələni edəcəyik ki, etnik, irqi və seksual təmayülündən asılı olmayaraq idmançılar, azarkeşlər və qonaqlar Olimpiya Oyunları dövründə heç bir narahatlıq hiss etməsinnlər. Mən bunu xüsusilə vurğulamaq istərdim”, Vladimir Putin BOK başçısı Thomas Bach ilə görüşü zamanı bildirib.

Lakin LGBT qrupları fəalları Rusiyaya kifayət qədər təzyiq göstərilmədiyinə görə Beynəlxalq Olimpiya Komitəsini tənqid ediblər.

Səfəri zamanı Thomas Bach Rusiyada qəbul olunmuş “homoseksual təbliğatı” qadağan edən yeni qanun məsələsinə toxunmayıb və diqqətini əsasən Rusiyanın Olimpiadaya hazırlığı mövzusunda cəmləşdirmişdi.

“Biz tam əminik ki, oyunlar yüksək səviyyədə keçiriləcək”, BOK başçısı Thomas Bach bildirib.

Suriyada ölən azərbaycanlıların fotoları yayımlandı – FOTOLAR

02.03.2013

Suriyada öldürülən azərbaycanlı mücahidlərin sayı və fotoları yayılıb. AZXEBER.COM-unTürkiyəli mücahidlərə məxsus saytlara istinadən yaydığı məlumata görə, bu günə qədər Suriyada 30-a yaxın azərbaycanlı döyüşçü öldürülüb.

Azərbaycandan olan həmin şəxslərin adları açıqlanmasa da, bəzilərinin fotoları saytlarda yerləşdirilib.

 

02.03.2013.0 02.03.2013.1 02.03.2013.2 02.03.2013.3 02.03.2013.4

Məhbuslar həbsxanada striptiz klub açdı

hebsxana-venesuela31.03.2013

Venesueladakı həbsxalardan birində məhbuslar işıqlarla müşayiət olunan musiqi və striptiz göstərən qadınların olduğu gecə klubu açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Franc-Press agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

Marqarita adasındakı  həbsxanada gecə klubunun açılışına məhbusların yaxınları və tanışları da qatılıb. Onlar sosial şəbəkələrdə fəal şəkildə tədbiri işıqlandırıblar. Gecə klubunda kondisioneer, eləcə də işıq və musiqi avadanlıqları quraşdırılıb.

The New York Times qəzetinin yazdığına görə, bu həbsxanada narkotik istehsalı və satışı ilə məşğul olmuş şəxslər cəza çəkir: “Gecə klubu açılana qədər məhbuslar mühafizəçiləri satın alaraq faktiki olaraq, həbsxananı idarə edirdilər. Həbsxananın ərazisində xorus döyüşü arenası və basseyn də var. Bundan başqa, məhbuslar həbsxanada alkoqol və narkotiklərdən də maneəsiz istifadə edir”.

İki gənc 14 yaşlı qızı avtobusda zorladı

avtobus 31.03.2013

Şotlandiyanın Qlazqo şəhərində 14 yaşlı qız iki gənc oğlan tərəfindən zorlanıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə gecə saat 22.30-dan sonra, gənc qız avtobusda gedərkən baş verib.

14 yaşlı qız rəfiqəsi ilə avtobusun aşağı mərtəbəsində oturub. Sonra onlardan biri ikinci mərtəbəyə qalxıb. Burada isə 18-20 yaşında iki oğlan yol gedirmiş. Qız burada özlərini ədəbsiz aparan oğlanlarla mübahisedib. Onlar isə qıza hücum edib və onu zorlayıblar.

Səs-küyə qızın rəfiqəsi, iki kişi və bir qadın yuxarıya qalxıb. Qız rəfiqəsi və onu müdafə edən sərnişinlərin müşayiəti ilə avtobusdan düşüb. O, başqa avtobusla yoluna davam edib. Evə çatdıqdan sonra isə polisə müraciət edib. Faktla bağlı təhqiqat aparılır.

‘Mən nə etdim ki?’ – Mixail Qorbaçov

mixail 31.03.2013

SSRİ-nin ilk prezidenti onu imperiyanı yıxmaqda ittiham edənlərə cavab verib

SSRİ-in ilk prezidenti Mixail Qorbaçov onu imperiyanı yıxmaqda ittiham edənlərə cavab verib.

M. Qorbaçov “Açıq mühazirə”də ona ünvanlanmış sualları cavablandırıb.

“İttifaq respublikalarının parçalanmasını mənim ayağıma yazmaq məsuliyyətsizlikdir və bu yalandır. Mənim bununla bağlı Boris Yeltsinlə prinsipial fikir ayrılıqlarım var idi”, – deyə Qorbaçov bildirib.

SSRİ-də yenidənqurmadan danışan Qorbaçov onun hesabına Sovet qoşunlarının Əfqanıstandan çıxarıldığını və Mərkəzi, Şərqi Avropa ölkələrinin öz müqəddəratlarını həll etmək imkanı qazanıqlarını vurğulayıb: “Hərdən məni Şərqi Avropa dövlətlərini əldən verməkdə ittiham edirlər. O zaman mən sual verirəm mən nə etdim ki? Polşanı polyaklara verdim. Çexoslavakiyanı çexlərə və slovaklara, Macarıstanı isə macarlara verdim”.

(AZXEBER.COM)

Türkiyəli millət vəkilindən 31 Mart açıqlaması

turkiye 31.03.2013

Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünüvar 31 Mart gününün bütün Türk dünyasında unutulmayacaq bir tarix olacağını, 1918 ildə minlərlə Azərbaycan -türklərinin ermənilər tərəfindən xüsusi amansızlıqla qətl edilmələrinin sözün əsl mənasında soyqırım olduğunu vurgulayıb.

31 Mart tarixi təqvimdə hüzün günü olduğunu söyləyən Ünüvarın mesajinda belə deyilir: “95 il bundan əvvəl 31 Mart günü Azərbaycan Türklərinə qarşı soyqırım həyata keçirilib”.
“Azərbaycan xalqi bir əsrdir ki, soyqırıma məruz qalmışdır, soyqırımı sübut edəcək sənədlərin, fotoşəkillərin olmasına baxmayaraq dünya ölkələri hələdə bu faciəyə səssiz qalmaqda davam edirlər və bu laqeyid münasibət bizi narahat edir

24 Aprel tarixini sözdə soyqırım iddialari ilə bütün dünya ictimaətinə sübut etdirməyə çalışanlar, öz tarixlərindəki Azərbaycanlı qardaslarımıza qarşı sistematik şəkildə qətliamları ört basdır edərək unutdurmağa çalışsalarda xalq ve tarix bunu unutmayacaq”.

İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib

31.03.2013

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türk Ocaqları İstanbul şöbəsinin təşkil etdiyi toplantının açılışında çıxış edən qurumun başqanı Cezmi Bayram 31 mart soyqırımı barədə Türkiyədə məlumatın az olduğunu bildirib. Onun sözlərinə görə, bu tarixi hadisələrin Türkiyədə yüksək səviyyədə qeyd olunmaması utancvericidir.

C. Bayram Xocalı faciəsinin soyqırım kimi tanınması ucun Türkiyə Böyük Millət Məclisinə müraciət edəcəklərini də deyib.

Memar Sinan Universitetinin professoru Nesrin Sariahmetoglu ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımının sistemli şəkildə planlaşdırıldığını vurğulayıb. 31 mart soyqırımını türk tarixinin qara səhifələrindən biri kimi xarakterizə edən Nesrin Sariahmetoglu ermənilərin türklərə qarşı törətdiyi soyqırımlarının gənc nəsillərə daima öyrədilməsinin vacibliyindən bəhs edib.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva 31 mart soyqırımına Türkiyə mediasının və gənclərin maraq göstərməməsindən şikayətlənib. Türkiyə gəncliyini milli məsələlərə həssaslıq göstərməyə çağıran Q. Paşayeva dünyanın məlumatsızlığında özümüzün günahkar olduğumuzu söyləyib. Sosial mediadan istifadə sahəsində türk xalqlarının dünyada 5-ci yerdə olduğunu xatırladan Q. Paşayeva, buna baxmayaraq türk dilli gənclərin virtual məkanlarda milli məsələlərə az diqqət göstərdiyini vurğulayıb.

 

Q. Paşayeva qeyd edib ki, ABS-ın üç ştatında 1918-ci ilin 31 mart tarixi soyqırımı günü kimi qəbul edilib: “Deməli, biz ardıcıl səkildə və yorulmadan çalışanda bir çox şeyi dəyişdirməyə gücümüz çatir”. O, Türkiyədəki bələdiyyələrə müraciət edərək, onları 31 mart və Xocalı qətliamlarını soyqırımı günləri kimi tanıyan qərarlar qəbul etməyə çağırıb.

Qorxaq və Axmaq

images.canli xeber

“İsrail baş naziri qorxaq və axmaqdır”
İsrailin baş naziri Benyamin Netanyahunun “Mavi Mərmərə” hadisəsinə görə, Türkiyədən üzr istəməsi israilli professoru hiddətləndirib.
Hayfa universitetinin professoru və idarə heyətini üzvi olan Stevan Plaut Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda kəskin tənqidlərlə çıxış edib.

Plaut Netanyahunun üzrünün israillilərin mövqeyini əks etdirmədiyini deyərək İsrail baş naziri Binyamin Netanyahunu qorxaq və axmaq adlandırıb. İsrailli professor Ərdoğana xitabən yazdığı məktubda “Mavi Mərmərə” basqınını xatırladaraq: “Mən də sizdən sadəcə 9 terrorçu öldürdüyümüz və terrorçu gəmisini batırmadığımıza görə üzr istəyirəm” qeyd edib.

Plaut Netanyahunun çarəsiz və yahudi kökündən qopduğunu iddia edərək İsrail baş nazirinin Ərdoğandan üzr istəməsini tarixin ən utacverici işi olduğunu deyib.

Stevan Plaut Türkiyənin Kipri işğal etdiyini deyərək İsrailin bu vəziyyət səssiz qaldığı üçün də üzr istədiyini vurğulayıb.

İsrailli professor İstanbulun antik Yunanıstanın paytaxtı olduğunu irəli sürərək Fateh Sultan Məhmədin 1453-cü ildə fəth etdiyi İstanbulun əsl sahiblərinə geri vermək zamanı gəldiyini bildirib.

Armavia

ai402801.canli xeber

Ermənistanın əsas aviaşirkəti bankrot olub
\”Armavia\” aviaşirkəti 1 apreldən bütün istiqamətlərə uçuşları dayandırır və iflas proseduruna başlayır
\”Armavia\” aviaşirkəti 1 apreldən bütün istiqamətlərə uçuşları dayandırır və iflas proseduruna başlayır. Bu barədə \”Armavia\”nın mətbuat xidmətinin dünən yaydığı rəsmi açıqlamada bildirilir.

““Armavia” çoxdan böhranlı vəziyyətə düşüb. Hazırda şirkətin Ermənistan dövləti ilə müqaviləsini uzatmaq və əməkdaşlıq çevrəsini genişləndirmək üçün maddi vəsaiti yox dərəcəsindədir\”. Bu fikirləri Ermənistan Baş Aviasiya İdarəsinin rəhbəri Artyom Movsisyan bəyan edib. O həmçinin bildirib ki, ölkənin əsas milli sərnişindaşıma şirkəti ilə dövlət müqaviləsinin vaxtı aprelin 22-də başa çatır.
\”Qafqazski uzel\” saytının məlumatında isə şirkətin sahibi Mixail Baqdasarovun çoxdandır ki, \”Armavia\” üçün potensial müştəri axtarışında olduğu vurğulanıb. Qeyd edək ki, \”Zvartnots\” hava limanı artıq bir neçə dəfə şirkətin təyyarələrinin xidmətindən imtina edib. Hava limanı ilə aviaşirkət arasında konflikt ötən ilin martından başlayıb. Səbəb kimi \”Armavianın\” 1 milyona yaxın borcunun uzun müddətdir ki, ödənilməməsi göstərilib. O zaman bu problem aradan qaldırılsa da, \”Armavia\” digər beynəlxalq hava limanları ilə arasında yaranmış çox böyük həcmli borcu ödəyə bilməyib. Nəticədə şirkətin rəhbərliyi \”Armavianın\” müflis olmasını rəsmən bəyan etmək məcburiyyətində qalıb.