Şagirdlər Tağı Əhmədov rolunda (VİDEO)

Bu mövzunun müzakirəsi zamanı maraqlı videosüjet də paylaşılır. Videodan bəlli olur ki, Azərbaycanda orta məktəblərin birində keçirilən şənlikdə Tağı Əhmədovun açıqlamaları da səhnələşdirilib. Şagirdlər Metropolitein rəisini təqlid ediblər.

Videonun youtube şəbəkəsinə yerləşdirilmə tarixindən görünür ki, bu səhnə bir neçə il əvvəl olub. Maraqlı videonu oxucularımıza təqdim edirik:

 

By Baş Redaktor Hadisə içinde yayınlandı

Aydın Mirzəzadə – “Müxalifətin susması böyük sual doğurur”

Srağagün Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkvnik Ruzunski bildirdi ki, “Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər”.
Bu bəyanat verilən iki gün ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovnikinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirmədi. Digər zamanlarda bəyantlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər. Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzq bir diyar haqqında verilib.

Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur.

Deputat bu haqda öz facebook profilində paylaşıb.

Yeni müdafiə naziri daha bir generalı ”vurdu” – YENİLƏNİB

Müdafiə naziri general-polkovnik Zakir Həsənov daha bir generalı vəzifəsindən azad edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov MN-nin Arxa Cəbhə İdarəsinin rəisi vəzifələrini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib.

Adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülüb. O, MN-nin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs olub.

Bu barədə məlumatı hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov verib: “Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət MN-nin Mühafizə Alayının komandiri olmuş bu şəxs də tutduğu vəzifədən kənarlaşdırılıb. Və hesab edirəm ki, bu da düzgün qərardır. Çünki, bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq xidmət yerinə deyil, Rusiyaya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə MN-də peyda oldu və vəzifəyə təyinat aldı. Mirzəli Yusifovun belində cinayət işi hələ də açıq qalır”. Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev MN-nin komendantı təyin edilib”. 

By Baş Redaktor Hadisə içinde yayınlandı

Əli Əhmədovun Milli Məclisin üzvü kimi fəaliyyəti dayandırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə baş nazirin müavini təyin edilən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Milli Məclisin üzvü kimi fəaliyyəti dayandırılıb.

 

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin dördüncü bəndinə əsasən olan prosedurdur.

A. Təvəkküloğlu xatırladıb ki, bu maddəyə əsasən, dövlət və hökumət orqanlarında vəzifə alan deputat dərhal mandatını itirmiş hesab olunur.

Artıq Ə. Əhmədovun adı Milli Məclisin informasiya bazasında deputatlar siyahısından çıxarılıb. Bununla, Ə. Əhmədovun deputatlıq fəaliyyətinə xitam verilib.

Son rəsmi qərarı isə Mərkəzi Seçki Komissiyası verəcək.

‘Qasid’dəki oğurluqla bağlı rəsmi – AÇIQLAMA

qasid 02.03.2013

Daxili İşlər Nazirliyi “Qasid”in köşkündəki oğurluqla bağlı məlumat yayıb.

AXEBER.COM-un məlumatına görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-nə keçən gecə A.Hüseynov küçəsindəki “Qasid” MMC-yə məxsus köşkdən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Elmar Çiqniyev saxlanılıb.

Jurnalistlər üçün yeni müsabiqə

jurnalist 01.03.2013

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mobitel (Nokia Mobile şirkətinin Azərbaycanda rəsmi distribyutoru), Caspian Telecom (HTC, Sony и Blackberry-nin Azərbaycanda distribyutoru), İnteqral (Samsung Mobile şirkətinin Azərbaycanda rəsmi distribyutoru), Sun Mobile (Fly və Birds-in rəsmi distribyutoru) Azərbaycanda “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda kütləvi informasiya vasitələri arasında 1-30 aprel tarixlərində müsabiqə elan edib.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilir.
Müsabiqədə iştirak üçün məqalələr 30 aprel tarixinədək info@infomerkez.az elektron poçtuna göndərilə bilər.

Müsabiqə çərçivəsində hazırlanan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:

– IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri;
– IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar;
– Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir;
– Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları.

Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı 3 (üç) müəllif üçün Türkiyəyə səfər təşkil olunacaq. Səfər zamanı jurnalistlər bu ölkənın mobil cihazların qeydiyyat sisteminın tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandıdılacaqlar.

Bakıda 14 yaşlı oğlan parkda zorlandı

oglan zorlandi 29.03.2013

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yeniyetmə oğlana qarşı seksual xarakterli zorakılıq edilməsi barədə polisə məlumat daxil olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü oğlan Q.İ-nin həmcinsi tərəfindən qeyri-təbii yolla cinsi münasibətə məcbur edilməsi ilə bağlı martın 28-də məlumat daxil olub.

Araşdırmalar nəticəsində məlum olub ki, 14 yaşlı oğlanı 1996-cı ildə Ukraynada anadan olmuş, Azərbaycan vətəndaşı olan X.A zorlayıb. X.A özündən yaşca kiçik həmcinsinə qarşı bu əməli Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkında həyata keçirib. 17 yaşlı X.A polis tərəfindən saxlanılıb.

Faktla əlaqədar Binəqədi RPİ-di Cinayət Məcəlləsinin 150.2.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanılıb.

AZXEBER.COM

By Baş Redaktor Hadisə içinde yayınlandı

Azərbaycanın ən bivec oğrusu tutuldu

oğurluq 29.03.2013

Şəmkirdə oğurluğa cəhd edən şəxs yatdığı üçün ələ keçib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dünən gecə saatlarında Tovuz rayon sakini Rəşad Vəliyev Şəmkir şəhər sakiniRabə Əmirovanın evinə oğurluğa girib. 9 otaqlı evdən xeyli miqdarda qızıl-ziynət və geyim əşyaları oğurlayan, hətta geyimlərdən bəzilərini geyinən oğru evdə heç kimin olmamasını fürsət bilərək, orada yataraq dincəlmək istəyib.

Evdə yatıb qalan oğru bu gün səhər saat 09:00 radələrində ev sahibi və polis tərəfindən yaxalanıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yubiley ərəfəsində “Molla Nəsrəddin”ə ittiham: “Mirzə Cəlil xalq barədə ifrata varıb”

molla nesireddin 29.03.2013

Aprelin 7-də Azərbaycan jurnalistika və publisistikasının mühüm səhifəsi olan “Molla Nəsrəddin” jurnalının ildönümüdür. “Molla Nəsrəddin” XX əsrin əvvəllərindən ta bu günədək Azərbaycana xidmət etməkdədir. Amma istər fəaliyyət göstərdiyi ilk illərdə, istər sovet dönəmində, istərsə də müasir dövrdə jurnal barədə fikirlər birmənalı olmayıb. Bəziləri bu nəşri ictimai bəlaların sərt və ədalətli tənqidçisi sayır. Digər tərəf “Molla Nəsrəddin”in tənqidində ifratçılıq və qərəzlilik görür.

Modern.az-a açıqlamasında yazıçı-publisist Mehriban Vəzir ikinci fikrin daşıyıcılarından Mehriban_Vezirrr 29.03.2013olduğunu isbatlayır: ““Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixində fövqəladə bir yer tutur. Jurnalın ictimai və milli şüura xidməti çox böyükdür. Amma jurnalın həm o dövrdə, həm də bu dövrdə tənqidçiləri də olub, tərifçiləri də. Bunun da səbəbi jurnalın həmişə diri qalmasıdır. O dövrdə də Mirzə Cəlilin üslubu çox qəribə və ağlasığmaz olduğundan ictimai fikirdə qınaqlara məruz qalıb, hətta mürtəd elan olunub. Həmçinin qoçular və bəy zümrəsi tərəfindən də çox hədələrə məruz qalıb. Xüsusən də Qarabağda, Kəhrizlidə yaşadığı zamanda bu təqiblər daha da artmışdı. Mirzə Cəlil bəzən gerçəklikləri təhrif edirdi. Belə bir tarixi fakt var ki, Mirzə Cəlil ona yüksək səviyyədə qonaqlıq verən bəylərə sonradan gedib həcv yazmışdı. Onlar da onu cəzalandırmaq istəmişdilər. Sonda demişdilər ki, “get qurban ol Həmidə xanıma!” Həmidə xanımın xatirələrində də bu kimi faktlar var. O, “Molla Nəsrəddin”in yaşaması və fəaliyyəti üçün Həmidə xanım bütün var dövlətin  xərcləməli olub. Həmidə xanımın da məqsədi cəmiyyətə xidmət etmək idi. Amma yenə də deyirəm ki, bu nəşrdə təhriflər çoxdur. İfratavarma da gözə dəyir. “Molla Nəsrəddin”ə obyektiv qiymət vermək lazımdır. Onu ideallaşdırmaq lazım deyil. Çünki orda ictimai fikrə xidmətlə yanaşı, qüsurlar da az deyildi“.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Cəlil Məmmədquluzadənun naşiri olduğu “Molla Nəsrəddin” jurnalını ciddi tənqid edib.