Müxalifət nə istəyir?

1382785_477045592393895_1520935847_n

Dəyərli oxucularım. Sosial şəbəkələrdə rastlaşdığım bəzi nüanslar məni bu yazını yazmağa vadar etdi. Demək belə , hər birimiz bilirik ki, 9 noyabr -Bayraq günü kimi o önəmli bir tarixdir və bu tarixin istər dövlət, istərsədə xalq tərəfindən qeyd olunması təqdirə layiqdir. Beləki bu günü qeyd etmək bizə həm xaricdə tanınmaq, ölkəmizi təbliğ etmək , həmdə öz daxilimizdə bir daha bayrağımıxzın varlığı ilə öyünmək üstünlüyünü verir.

Ancaq gəlin baxaq görək müxalifət yenə neynir???

Bayraq günü facebook sosial  şəbəkəsində özlərinə müxalifət deyən bir qrup gənc öz pozuculuq fəaliyyətlərinə davam edərək məhz bayraq günü üçün təşkil olunmuş fləşmobun mənası və gərəksiz olduğunu vurğulayır, dövlətin boş-boş işlərlə insanların başını qatdığını yazdılar. Bu tərzdə düşünən qrup və səhifə adminlərinə, həmçinin onların havadarlarına səslənirəm Bayraqdan daha önəmli nə ola bilər? Bayrağını sevməyən, vətənini sevə bilərmi?

Təbiiki onların müxalifliyi iqtidara qarşı deyildir, bunu açıq aydın görmək mümkündür, oların müxalifliyi xalqa yönəlmişdir.

Züleyxa Əliyeva : “Dedi-qodu mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir” – KÖŞƏ

Dedi-qodu sevgi, şəfqət və mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir. Din əxlaqının

yaşanmadığı cəmiyyətlərdə geniş yayılan davranışlardan biri də dedi-qodudur. Belə cəmiyyətlərdəki

insanlar vaxtları və imkanları olmasa da, dedi-qodu etmək üçün mütləq fürsət taparlar. Bəzən qapı

qarşısında qonşularla, bəzən də saatlarla telefon söhbətlərində bu mənzərəni görmək mümkündür.

Ancaq əhəmiyyətli olan odur ki, bu şəxslər dedi-qodudan dərin zövq alırlar. Çünki dedi-qodusu

edilən insan hörmətdən salınıb-alçaldılarkən dedi-qodunu edənlər özlərini üstün göstərməyə

çalışırlar. Bu səbəbdən, yığıncaqlarda danışa biləcəkləri bir çox faydalı və ya gözəl mövzu olduğu

halda, onlar israrla bəzilərinin dedi-qodusunu edirlər. Qonşuları, dostları, qohumları, yoldaşları, tele-

ulduzlar və hətta yoldan keçən insan belə bu dedi-qoduların qaynağı olur.

İnsanın eşitdiyində xoşlanmadığı söhbəti arxasınca danışmağın doğru olmadığını hər insan

bilir. Dedi-qodu edən insan da daxil olmaqla, heç kim bunun əksini iddia edə bilməz. Çünki,

həqiqətən, tənqidi mövzu varsa və bu mövzu o insana kömək etmək məqsədilə danışılırsa, ən doğru

hərəkət bu vəziyyəti həmin şəxsə bildirməkdir. Yoxsa hər kəslə vəziyyətin müzakirə edilməsində

və qınanan insanın vəziyyətdən xəbərdar edilməməsində yaxşı niyyət yoxdur. Üstəlik, dedi-qodu

edən insanlar həmin davranışın onlara qarşı da edilmə ehtimalının olduğunu bilər və bundan heç

xoşlanmazlar. Özləri haqqında mənfi danışılmasına çox həssaslıq göstərərkən, başqalarına qarşı

etdikləri bu çirkin rəftardan vaz keçməzlər. Ancaq Allah Quranda insanları qeybət etməkdən

çəkindirmiş və bunun Quran əxlaqına uyğun olmadığını bu şəkildə bildirmişdir:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır.

Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini

yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allah’dan qorxun! Həqiqətən, Allah tövbələri

qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Allah qorxusu olan insanlar əsla bir-birlərinin arxasınca danışıb qeybət etməzlər. Sevginin

və dostluğun əhəmiyyətli əlamətlərindən birinin qarşılarındakı insana dünyada və axirətdə fayda

verəcək şəkildə hərəkət etmək olduğunu bilərlər. Bu vəziyyətdə də əgər yanlış rəftar görərlərsə,

onun səhvini anlaması və bu səhvdən imtina etməsi üçün bunu həmin insana söyləyərlər.

Quran əxlaqından uzaq yaşayan insanlar arasında normal qarşılanan dedi-qodu görməzlikdən

gəlinən bir davranış deyil. Çünki dedi-qodu etməyi vərdiş halına gətirən insanın vicdanı fərqində

olmadan elə korlaşır ki, insan artıq bunun günah olduğunu belə hiss etməməyə başlayır və

çəkinmədən, hər fürsətdə dedi-qodu edir. Şübhəsiz, bu, şeytanın iman gətirməyən insanları

sürüklədiyi böyük bəladır.

Dedi-qodunun gətirdiyi nəticələrdən biri də, insanlar arasında dedi-qodu ilə düşmənçilik

toxumunun səpilməsidir. Dedi-qodu kini, hirsi və nifrəti alovlandırır. Çox kiçik mövzular dedi-qodu

səbəbindən qarşısıalınmaz problemlərin, mübahisə və mübarizələrin ortaya çıxmasına gətirib çıxara

bilər. Hətta qəzetlərdə də dedi-qoduya görə ailələrin dağılmasına və cinayətlərə dair xəbərlərə rast

gəlirik.

Dedi-qodu etmək çox pis əxlaq xüsusiyyəti olduğu kimi, eyni zamanda da insanların

vaxtlarının boş və məqsədsiz keçməsinə səbəb olur. Halbuki, sonsuz hökm və hikmət sahibi olan

Allah Quranda dedi-qodunu qadağan etdiyi kimi, boş vaxt keçirməyi də qadağan etmişdir. Allah’a

səmimi olaraq inanan insan dedi-qodu etməz və dedi-qodu edəni dinləməz, boş və ya faydasız olan

bir söz eşitdiyində isə o mühitdən ən gözəl tərzdə uzaqlaşar.

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, boş şeylərdən) üz döndərərlər. (Muminun

surəsi, 3)

Dedi-qodu etmək Allah’ın haram etdiyi bir hərəkət olduğu kimi, bu pisliyi edənlər Allah’ın

haram etdiyi insanların arasını vurmaq, kin və hirsə səbəb olmaq və boş vaxt keçirmək kimi başqa

günahları da etmiş olurlar.

Buna görə də, dedi-qodudan çəkinmək, dedi-qodu edilən mühitlərdən uzaqlaşmaq, dedi-

qoduya şahid olanda da bu səhvi uyğun şəkildə xatırlatmaq kübar və Quran əxlaqına uyğun davranış

Unutmaq olmaz ki, bir cəmiyyətdə dedi-qodu xəstəliyinin qarşısının alınmasının yeganə yolu

din əxlaqının insanlar arasında yayılmasının təmin edilməsidir. Din əxlaqının varlığı ilk öncə Allah

sevgisini özü ilə gətirəcəyi üçün bu, bütün insanlara müsbət və gözəl təsir edər. Hər kəs Allah’ın

razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər, hörmət edər.

Cəmiyyətə şəfqət, mərhəmət, xoş münasibət hakim olar. İnsanlar Allah’ın əmri yönündə xeyirlərdə

yarışar, imkan və vaxtlarını dedi-qodu etmək kimi boş işlərə deyil, xeyirli fəaliyyətə yönəldərlər.

Büküb qoydum baqaja

sekil

Hardan başlayacağımı bilmədən elə burdan başlayım. Məsələ insanın düşüncəsindən və mənliyindən, həqiqətdən və mənfəətdən gedir. Bunu yazmağımin səbəbi az zaman öncə kiçik bir qrup içərisində olan bir mübahisədən və mübahisənin sonundakı hesabatlardır. Hadisənin baş verməsi belədir.

Bir qrup insanın olduğu kiçik bir qrupun tərkibidə xarici vətəndaşlarla görüşüb müzakirələr aparır, ölkənin siyasi mühitini müzakirə edirdik. (Az-çox nə bilirik ondan)

Müzakirələr əsnasında hər imkan düşdükcə ölkəni, dövləti və hakimiyyəti pisləyən insanlar gördüm. Çox aciz görünən insanlar. Hər dəfə imkan düşdükcə ölkədəki vəziyyəti olmayacaq həddə qabardıb xarici vətəndaşlara təqdim etmələri ilə gücsüzlüklərini göstərirdilər. Məsələnin həqiqi tərəfini deyil sadəcə özlərinə sərf edən üz qabığını göstərib hər şey çox qəlizdir heç bir şeyə dözmək olmaz kimi fikirləri heç də insanda gülüş yaratmırdı. Əslində gülürdülər dinləyənlər. Amma deyim nəyə insanin gülünclüyünə. İnsanın adiliyinə və savadsızlığına. Bir Avropa modelini misal gətirib şərəf, namus, qeyrət, ləyaqət məsələlərinə yüngül yanaşıb ölkəni “Düzəltmək” istəyən “müxalif” gənc dəstə.

Müxalif sözünü dırnaq işarəsi içində yazmağımın da səbəbi var. Məsələ mənim və bir çoxlarının onları müxalif yox anarxist saymalarıdır. Anarxist demişkən həmin gəncin adını da gizlətməyim. Elə Anarın özü idi həmin gənc. Anardan xist`i soruşanda açığı heç özü də bilmirdi nə olduğunu. Amma sözün özü xoş gəlmişdi deyə adının arxasına XİST`i artırmışdı deyirdi. Nəysə temadan uzaqlaşdamadan keçək Anarın etdiyinə.

Deməli bu xarici gənclərlə görüşdən sonra Anar səbirsizlənib çox da uzaqlaşmadan elə yerindəcə balaca bir oğlan uşağının şeyini əlinə alıb oynatdığı kimi telefonunu əlinə alib oynadır və zəng gözləyir. Zəng gələndə isə üzündəki “qürur, fərəh” hissi sevincini əks etdirməsi ilə hər şey anlaşıldı. Diqqətləri üzərinə çəklib güyəmiş özünü yandırmamağa çalışırdı. Telefon danışığından bir parçasını istərdim əks etdirəm.

“Bəy, nəyi var büküb qoydum baqaja. Acdım qoydum bazarı ortaya endirimə saldım hamısına paz vurdum. Mənim vəzifəm tamam”

Bu sözləri eşidəndə özümü zorla saxladım ki, tehqirə keçməyim. Elə ilk təhqirim onların öz ifadələri olan AY OĞRAŞ olacaqdı.

Hansısa sarı dığanın ya da BOLŞOYun qarşısında ölkəni pisləyib kodub dillə onların ifadəsini işlədib desək baqaja qoyan adama ən yüngül təhqir olardı bəlkə əclaf sözü. Bir düşün xarici gəlib sənin yanında ölkəsini pisləyir mi? Yox pisləmir! Çünki onun ölkəsində problem yoxdur axı! Problem elə bir sənin ölkəndədir. Bəyənmirsən dur ……..

Nicat Etibar

İlkin Şərifov – “Rəsulzadə bu günü görsə idi üzünüzə tüpürərdi” – “Köşə”

385792_390064777758644_1608452321_n

Bəzi dar düşüncəli ünsürlər düşünürki YAP-çı olmaq böyük şəxsiyyətləri sevməmək, onlardan imtina etməkdir. Biz sizlərdən fərqliyik.

Biz Azərbaycan üçün çalışan hər kəsi sevirik, hər kəsə hörmət edirik. Bu gün xaricə satılmış bəzi ünsürlər Yeni Azərbaycan Partiyasını elə təqdim etməyə çalışırlarki guya tarixin böyük şəxsiyyətləri bu qurum üçün önəmli deyil. M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Elçibəy və s. bu siyahını daha da artırmaq olar. Bu insanları bizlər də sevirik, onlara hörmət edirik. Onların xatirəsini anırıq. Bu dəfə M.Ə.Rəsulzadə haqqında yazmaq istəyirəm. Növbəti günlərdə sıra ilə digər böyük şəxsiyyətlər haqqında da bir neçə kəlimə yazmağa çalışcam.

Məmməd Əmin Rəsulzadə 1884-cü il Yanvar ayının 31də Bakı şəhəridə anadan olmuşdur. Atası din xadimi olmasın baxmayaraq oğlunu  “Rus-Müsəlman” məktəinə qoymuşdur. M.Ə. Rəsulzadə ömrü boyu Azərbaycan uğrunda mübarizə aparmış, vətənimizin müstəqillik qazanması üçün daima çalışmışdır.

480px-Emin_bey  M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaradılmasında yaxında iştirak etmiş, ADR-in qurucularından olmuşdur. Dövlətin güclənməsi üçün əhalinin savadlanmasının önəmli olduğunu anlayan bir qrup şəxs və M.Ə.Rəsulzadənin təşəbbüsü ilə hazırki Bakı Dövlət Universitetinin əsası qoyulmuş, xalqın maariflənməsində Rəsulzadə imzası təcəssüm etmişdir.

Təxminən həmin dövrdən bir əsr keçib gəlin indi baxaq müsavata və onun bir zamanlar Rəsulzadə tərəfindən qoyulmuş ideallarının məhv edilməsinə. Bir zamanlar Azərbaycan üçün çalışan müsavat bu gün xarici güc dövlətlərə xidmət edir, hər addımda Azərbaycan adına ləkə sürməyə çalışırlar… Rəsulzadənin mirasını bu hala salmağa sizlərin haqqınız yoxdur! Hər biriniz onun ruhu qarşısında cavab verəcəksiniz.

O (M.Ə.Rəsulzadə) Azərbaycanı yaşatmağa çalışırdı siz vətənizi parçalamğa. O sabitlik istəyridi siz xaos. O vətənimizi yadellilərdən qorumaq istəyirdi siz vətənimizi yadellilərə peşkəş edirsiz.

Yaxşıkı M.Ə.Rəsulzadə bu günləri görmədi yoxsa tüprərdi sizlərə, adınızı müsavat qoyub müsavata yaraşmayan ideallarla yaşayırsız.

Satmıyın bu dövləti, xəyanət etməyin Rəsulzadənin ruhuna, millətinizə!!! Öz sözlərinizin ardına nida, nöqtə vergul qoyaraq xaos yaratmağa çalışmayın…