Müxalifət nə istəyir?

1382785_477045592393895_1520935847_n

Dəyərli oxucularım. Sosial şəbəkələrdə rastlaşdığım bəzi nüanslar məni bu yazını yazmağa vadar etdi. Demək belə , hər birimiz bilirik ki, 9 noyabr -Bayraq günü kimi o önəmli bir tarixdir və bu tarixin istər dövlət, istərsədə xalq tərəfindən qeyd olunması təqdirə layiqdir. Beləki bu günü qeyd etmək bizə həm xaricdə tanınmaq, ölkəmizi təbliğ etmək , həmdə öz daxilimizdə bir daha bayrağımıxzın varlığı ilə öyünmək üstünlüyünü verir.

Ancaq gəlin baxaq görək müxalifət yenə neynir???

Bayraq günü facebook sosial  şəbəkəsində özlərinə müxalifət deyən bir qrup gənc öz pozuculuq fəaliyyətlərinə davam edərək məhz bayraq günü üçün təşkil olunmuş fləşmobun mənası və gərəksiz olduğunu vurğulayır, dövlətin boş-boş işlərlə insanların başını qatdığını yazdılar. Bu tərzdə düşünən qrup və səhifə adminlərinə, həmçinin onların havadarlarına səslənirəm Bayraqdan daha önəmli nə ola bilər? Bayrağını sevməyən, vətənini sevə bilərmi?

Təbiiki onların müxalifliyi iqtidara qarşı deyildir, bunu açıq aydın görmək mümkündür, oların müxalifliyi xalqa yönəlmişdir.

Aydın Mirzəzadə – “Müxalifətin susması böyük sual doğurur”

Srağagün Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkvnik Ruzunski bildirdi ki, “Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər”.
Bu bəyanat verilən iki gün ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovnikinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirmədi. Digər zamanlarda bəyantlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər. Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzq bir diyar haqqında verilib.

Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur.

Deputat bu haqda öz facebook profilində paylaşıb.

Əli Əhmədovun Milli Məclisin üzvü kimi fəaliyyəti dayandırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə baş nazirin müavini təyin edilən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Milli Məclisin üzvü kimi fəaliyyəti dayandırılıb.

 

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin dördüncü bəndinə əsasən olan prosedurdur.

A. Təvəkküloğlu xatırladıb ki, bu maddəyə əsasən, dövlət və hökumət orqanlarında vəzifə alan deputat dərhal mandatını itirmiş hesab olunur.

Artıq Ə. Əhmədovun adı Milli Məclisin informasiya bazasında deputatlar siyahısından çıxarılıb. Bununla, Ə. Əhmədovun deputatlıq fəaliyyətinə xitam verilib.

Son rəsmi qərarı isə Mərkəzi Seçki Komissiyası verəcək.

Katibə – əmək haqqı 400 azn

Maaş: 300-400 AZN
İşəgötürən: YEDPA MMC
Kateqoriya: Katibə / Resepşn
Şəhər: Xırdalan
Yaş: 20 – 25
Təhsil: Orta
Telefon: (012) 347 90 80
E-mail: yedpa@yedpa.az

İş barədə məlumat:

Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır
Direktorun tabeçiliyində olan şöbələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
Şirkətə telefonla və ya birbaşa müraciət edənləri yüksək səviyyədə qəbul edərək, lazımi istiqamətdə yönləndir
Mail ünvanına gələn məktubların cavablandırılması
Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi

Namizədə tələblər:

Orta təhsilli
Xanım namizəd subay olsun
Yaşayış yeri Masazır,Xırdalan ətrafı
Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışmalı
Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
İşgüzar münasibət etikasını bilməli
İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
Sənədləşmə işinin aparılması bacarığı
Azərbaycan və ingilis dillərində sənədlərin və məktubların yazılması bacarığı

Qubada Gənclər Fondunun dəstəyi ilə intellektual çoxnövçülük yarışlarına start verilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının ilk zona seçim turu keçirilib.

Quba rayonunun Vladimirovka kənd yaşayış massivində baş tutan turnirdə  layihə çərçivəsində ətraf kəndlərdə yaradılan gənclərdən ibarət intellektual klubların 6 komandası mübarizə aparıb.

Üç intellektual növdə baş tutan liqa turnirində 6 komanda öncə Nə? Harada? Nə zaman? yarışı üzrə mübarizə aparıb. 3 komanda topladığı ən yüksək xala  görə ikinci mərhələyə vəsiqə əldə edib. İkinci mərhələdə yarışacaq 4-cü komandanı müəyyən etmək üçün isə eyni xala sahib digər 3 komanda arasında əlavə sual səsləndirilməli olub. Nəticədə “Zəka” komandası  “Uran”, “Atuc” və “Ulduz”komandalarına qoşulub.

İkinci mərhələdə gənclər “Xəmsə” oyununda qüvvələrini sınayıblar. 3-cü mərhələyə ən yüksək nəticə göstərən “Uran” və “Atuc” komandaları vəsiqə əldə edib.

Breyn-rinq üzrə keçirilən 3-cü mərhələnin qalibi adını isə “Atuc” intellektləri qazanıb.

Turnirin əsasnaməsinə əsasən “Atuc” və “Uran” komandaları final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, layihə noyabr ayının 30-dək davam edəcək və daha 7 zonada seçim turları keçirildikdən sonra Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

 

GörselGörselGörsel

By Baş Redaktor Siyasi içinde yayınlandı

Müxalifət mitinqə hazırlaşır

arif 01.03.2013

“Aprel ayında ölkədə ciddi kütləvi aksiyalar gözlənilir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib. A. Hacılı bildirib ki, dünən Müsavat Partiyası siyasi məhbuslara azadlıq tələbi ilə flaş-mob keçirib: “Bununla bağlı da istər mətbuatda, istərsə də sosial şəbəkələrdə geniş müzakirələr aparıldı. Hazırda da növbəti aksiyalar üçün üçün həm digər siyasi partiya strukturları, həm də Gənclər Təşkilatları ilə müzakirələr aparılır. Yəqin ki, müzakirələrin sonunda müvafiq qərar qəbul olunacaq”.

Partiya rəsmisi onu da əlavə edib ki, son günlər geniş vüsət alan həbslər də aksiyaların keçirilməsini surətləndirir.

‘Mən nə etdim ki?’ – Mixail Qorbaçov

mixail 31.03.2013

SSRİ-nin ilk prezidenti onu imperiyanı yıxmaqda ittiham edənlərə cavab verib

SSRİ-in ilk prezidenti Mixail Qorbaçov onu imperiyanı yıxmaqda ittiham edənlərə cavab verib.

M. Qorbaçov “Açıq mühazirə”də ona ünvanlanmış sualları cavablandırıb.

“İttifaq respublikalarının parçalanmasını mənim ayağıma yazmaq məsuliyyətsizlikdir və bu yalandır. Mənim bununla bağlı Boris Yeltsinlə prinsipial fikir ayrılıqlarım var idi”, – deyə Qorbaçov bildirib.

SSRİ-də yenidənqurmadan danışan Qorbaçov onun hesabına Sovet qoşunlarının Əfqanıstandan çıxarıldığını və Mərkəzi, Şərqi Avropa ölkələrinin öz müqəddəratlarını həll etmək imkanı qazanıqlarını vurğulayıb: “Hərdən məni Şərqi Avropa dövlətlərini əldən verməkdə ittiham edirlər. O zaman mən sual verirəm mən nə etdim ki? Polşanı polyaklara verdim. Çexoslavakiyanı çexlərə və slovaklara, Macarıstanı isə macarlara verdim”.

(AZXEBER.COM)

‘Azərbaycan tərəfi kəskin fəallaşıb…’ – Ermənistanın müdafiə nazirliyi

ermeni 31.03.2013

Dünən axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın iki ölkə sərhədinə hərbi texnika və xüsusi təyinatlılar cəmləşdirməyə başladığı barədə məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan PanARMENIAN.Net agentliyinə bildirib ki, Azərbaycan Ermənistanla sərhədin bəzi hissələrinə hərbi texnika və xüsusi təyinatlılar qrupu cəmləşdirir: “Martın 25-26-da atışmalar barədə yalan məlumatlar yayandan sonra Azərbaycan tərəfi kəskin fəallaşıb, hazırda Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində hərbi texnikanın və xüsusi təyinatlı qrupların cəmləşdirildiyi müşahidə olunur”.

Ovanisyan Ermənistan tərəfinin “vəziyyəti nəzarət altında saxladığını və mümkün təxribatlara cavab verməyə hazır olduğunu” bildirib. Azərbaycan Müdafiə Nazirliyi hələlik Ermənistan tərəfinin iddiasına cavab verməyib.

Xatırladaq ki, martın 25-26-da Ermənistan ordusunun mövqelərindən açılan atəş nəticəsində Azərbaycan ordusunun bir əsgəri şəhid olub, həmçinin Gədəbəy rayonu istiqamətində ordumuzun kapitan rütbəli zabiti düşmən gülləsindən başından yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin martın 30-na olan məlumatına görə, cəbhə xəttində yeni atışmalar qeydə alınıb, erməni qüvvələri Ağdam, Goranboy və Füzuli rayonunun işğal altındakı ərazilərindən Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Düşmənə cavab atəşi açılıb. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə gəldikdə isə bu istiqamətdə gərginlik çoxdandır davam edir. Səbəb isə Ermənistan ordusunun Qazax-Tovuz və Gədəbəy istiqamətində öz mövqelərini irəli çəkmək cəhdləridir. (musavat.com)

NİDA həbslərlə bağlı bəyanat yaydı

nida

NİDA Vətəndaş Hərəkatı üzvlərinin qondarma ittihamlarla həbs olunmasından ciddi narahatdır.

“Qafqazinfo” xəbər verir ki, NİDA dünənki həbslərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov martın 30-u təxminən saat 14:30 radələrində yaşadığı evdən çıxarkən həbs olunub. O, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb. Rəşadət Axundov bir müddət adıçəkilən idarədə saxlanıldıqdan sonra Nəsimi rayon Məhkəməsinə aparılıb.

R.Axundova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür.

Eyni zamanda martın 30-da hərəkatın İdarə Heyətinin digər üzvü Üzeyir Məmmədli də saxlanılaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb və orada təkrar sorğu-sual edilib. Daha sonra Ü.Məmmədli də Nəsimi rayon məhkəməsinə aparılaraq barəsində AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür.
Hərəkatın hər iki üzvü – Rəşadət Axundov və Üzeyir Məmmədli barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib.

NİDA Vətəndaş hərəkatı həbs olunan hər iki üzvünün həbsini qanunsuz hesab edir. Həbslərdən narahatlığını bəyan edən hərəkat, bütün baş verənləri hakimiyyətin NİDA-ya qarşı bir repressiyası və təzyiq vasitəsi kimi qiymətləndirir, NİDA üzvlərinin həbsini onların aktiv ictimai fəaliyyəti ilə əlaqələndirir.

Eyni zamanda NİDA Vətəndaş Hərəkatı şərlənərək qanunsuz həbs olunan üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edir.
Bəyan edirik ki, NİDA Vətəndaş Hərəkatı bu həbslərdən qorxmur, geri çəkilmir. Əksinə biz mübarizəmizi daha böyük əzmlə davam etdirəcəyik.

Xatırladaq ki, 07 mart 2013 tarixində axşam saatlarında Nida VH-nın üç üzvü – Əzizov Məmməd Rasim oğlu (11.08.1992), Quliyev Bəxtiyar Səməndər oğlu (25.02.1993) və Novruzlu Şahin İbrahim oğlu (16.09.1995) mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Gənc fəallara qarşı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Martın 14-də NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov həbs olunub. Rəşad Həsənova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür. Rəşad Həsənov, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu barəsində də 3 aylıq həbs-qətiimkan tədbiri seçillib.

şərh yaz

By Baş Redaktor Siyasi içinde yayınlandı Etiketler