Putin: “Seksual yöndən asılı olmayaraq Soçidə hamı özünü rahat hiss edəcək”

Rusiya prezidenti Vladimir Putin Soçidə Qış Olimpiadası keçiriləcək dövrdə seksual azlıqların narahatlığı üçün heç bir əsasın olmayacağını bildirib.

Rusiya prezidenti bu fikri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Thomas Bach ilə görüşü zamanı söyləyib

Bundan əvvəl Rusiya həddi buluğa çatmamış yeniyetmələr arasında “homoseksual təbliğatı” qadağan edən qanunu qəbul etdiyinə görə tənqid edilmişdi.

“Biz əlimizdən gələni edəcəyik ki, etnik, irqi və seksual təmayülündən asılı olmayaraq idmançılar, azarkeşlər və qonaqlar Olimpiya Oyunları dövründə heç bir narahatlıq hiss etməsinnlər. Mən bunu xüsusilə vurğulamaq istərdim”, Vladimir Putin BOK başçısı Thomas Bach ilə görüşü zamanı bildirib.

Lakin LGBT qrupları fəalları Rusiyaya kifayət qədər təzyiq göstərilmədiyinə görə Beynəlxalq Olimpiya Komitəsini tənqid ediblər.

Səfəri zamanı Thomas Bach Rusiyada qəbul olunmuş “homoseksual təbliğatı” qadağan edən yeni qanun məsələsinə toxunmayıb və diqqətini əsasən Rusiyanın Olimpiadaya hazırlığı mövzusunda cəmləşdirmişdi.

“Biz tam əminik ki, oyunlar yüksək səviyyədə keçiriləcək”, BOK başçısı Thomas Bach bildirib.

BEST FRİENDS Təhsil və Karyera Mərkəzi aşağıdakı yerə vakansiya elan edir.

BEST FRİENDS Təhsil və Karyera Mərkəzi aşağıdakı yerə vakansiya elan edir.
1. Məktəbəqədər uşaqların hazırlığı üçün müəllimə.(rus sektoru üçün)
Şərtlər:
1. Uyğun ixtisas
2. Uşaqlarla işləmə bacarığı
3. Proqramı bilməli və öz dərs vəsaitləri olmalı
4. İngilis dilini pre-intermediate səviyyədə bilməli
5. Gülərüz və mehriban olmalı
6. Uyğun sahədə minimum 1-2 il iş təcrübəsi olmalı
7. Sumqayıtda yaşamağı məqsədəuyğundur
8. Ailəli olması üstünlükdür

Ünvan:
Best Friends Təhsil və Karyera Mərkəzi.
Şüşə bazarının yanı. 14-cü məhəllə. bina 13\10
Tel: 018 65 4 52 64
055 469 99 09
namizədlər cv-lərini cv@bestfriends.az ünvanına göndərsinlər və ya Best Friends Təhsil Mərkəzinə yaxınlaşsınlar. Emailə öndəriləcək məktubun məzmun hissəsinə “məktəbəqədər hazırlıq” yazın

 

Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildi

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

Nazirlər Kabinetindən verilən məlumata görə, “Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi” və “Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”nə müvafiq dəyişikliklər edilib. Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.

Əli Əhmədovun Milli Məclisin üzvü kimi fəaliyyəti dayandırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə baş nazirin müavini təyin edilən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Milli Məclisin üzvü kimi fəaliyyəti dayandırılıb.

 

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin dördüncü bəndinə əsasən olan prosedurdur.

A. Təvəkküloğlu xatırladıb ki, bu maddəyə əsasən, dövlət və hökumət orqanlarında vəzifə alan deputat dərhal mandatını itirmiş hesab olunur.

Artıq Ə. Əhmədovun adı Milli Məclisin informasiya bazasında deputatlar siyahısından çıxarılıb. Bununla, Ə. Əhmədovun deputatlıq fəaliyyətinə xitam verilib.

Son rəsmi qərarı isə Mərkəzi Seçki Komissiyası verəcək.

Tərcüməçi – əmək haqqı yüksəkdir

\’\’ITM-Translation\’\’ tərcümə şirkətinə Azərbaycanda müxtəlif dillər üzrə tərcüməçilər tələb olunur.
Müvafiq dil üzrə diplom və ya sertifikatlara və ya dil biliyini təsdiq edən sənədlərə malik olmaq mütləqdir.
Rezümedə tərcümə edə bildiyiniz dillərin kombinasiyasını göstərin (məsələn: azərbaycan dilindən – ingilis dilinə, ispan dilindən – rus dilinə və s.).

Maraqlanan şəxslər CV-ni hr@itm-translation.com  el-poçtuna göndərsinlər. Rezüme ilə birlikdə sizin şəxsiyyət vəsiqənizin (və ya pasportunuzun) və diplomunuzun (və ya sertifikatınızın) surətlərini göndərin.

Subject hissəsində sizin adınızı, soyadınızı və dili (dilləri) göstərin.
İşin şərtləri: məsafədən (el-poçt və ya skayp vasitəsilə).

Satış üzrə bölmə müdiri – əmək haqqın 700 azn

İş barədə məlumat

Vəzifə öhdəlikləri:
– Hidroizolasiya materiallarının Azərbaycan və Gürcüstan satışının təşkili (Satılacak məhsulun adı bentomat)

İş şərtləri:
– Bentomatın ölkəmizdə həyata keçirilən yol-inşaat, infrastruktur, inşaat, körpü tikinti, metro tikinti layihələrində tətbiqini həyata keçirmək.
– Maaş + satış həcminə uyğun olaraq 5-7% gəlirdən bonus
– İş qrafiki: Həftənin 5 gün, saat 09.00-18.00; şənbə günü, saat 09.00-14.00

Namizədə tələblər

– Əzmkarlıq
– Məsuliyyət
– Düzgünlük
– Rus və azərbaycan dillərində sərbəst danışmaq

Maaş 600-700

Telefon : (012) 492 05 75

Katibə – əmək haqqı 400 azn

Maaş: 300-400 AZN
İşəgötürən: YEDPA MMC
Kateqoriya: Katibə / Resepşn
Şəhər: Xırdalan
Yaş: 20 – 25
Təhsil: Orta
Telefon: (012) 347 90 80
E-mail: yedpa@yedpa.az

İş barədə məlumat:

Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır
Direktorun tabeçiliyində olan şöbələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
Şirkətə telefonla və ya birbaşa müraciət edənləri yüksək səviyyədə qəbul edərək, lazımi istiqamətdə yönləndir
Mail ünvanına gələn məktubların cavablandırılması
Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi

Namizədə tələblər:

Orta təhsilli
Xanım namizəd subay olsun
Yaşayış yeri Masazır,Xırdalan ətrafı
Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışmalı
Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
İşgüzar münasibət etikasını bilməli
İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
Sənədləşmə işinin aparılması bacarığı
Azərbaycan və ingilis dillərində sənədlərin və məktubların yazılması bacarığı

Mühasib – əmək haqqı 700 azn

KADRLAR AGENTLİYİ
Vakansiya: Mühasib
Maaş: 500-700 AZN

Iş barədə məlumat

–  Mühasibatlığın aparılması
–  Gündəlik qaimə və qəbzlərin işlənməsi
–  Hər ayın sonu yekun məbləgin çixarılması

Namizədə təbəblər
– Təşkilatçı və dinamik olmaq
– Stresə davamlı və məsuliyyətli olmaq
– Yaradıcı və yenilikçi olmaq
– Komputer bilgisi: 1C arzu olunandır
– Dil bilgisi: Rus- dili arzu olunandır

Tel: (012) 497 34 29, (055) 637 07 82
E-mail: arkisjob@inbox.ru

Resepşn – əmək haqqı 400 azn

Maaş: 400 AZN
İşəgötürən: RS IR
Telefon    (012) 440-17-77 055 440-17-77
E-mail    rs-comp@inbox.ru

İş barədə məlumat
– Müdiriyyətin göstərişlərini vaxtında yerinə yetirmək
– Direktorun verdiyi sənədləri hazırlamaq
– Telefon zənglərinə cavab vermək
– Faks qəbul etmək və göndərmək
– Məktubların hazırlanması və göndərilməsi
– Daxil olan və çıxan sənədlərin qeydiyyatını aparmaq
– Raportların hazırlanması və göndərilməsi
– İş qrafiki: həftənin 6 günü, saat 09.00-18.00

Namizədə tələblər
– Ofis proqramları və internetdən istifadə etmək bacarığı
– Azərbaycan və rus dilini mükəmməl bilmək
– Ofis avadanlıqlarından istifadə etmək bacarığı
– Yüksək səviyyədə danışıq qabiliyyəti
– Ünsiyyət qurma bacarığı
– Məsuliyyətlilik

CV-ləri şəkilli göndərməyiniz xahiş olunur

Züleyxa Əliyeva : “Dedi-qodu mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir” – KÖŞƏ

Dedi-qodu sevgi, şəfqət və mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir. Din əxlaqının

yaşanmadığı cəmiyyətlərdə geniş yayılan davranışlardan biri də dedi-qodudur. Belə cəmiyyətlərdəki

insanlar vaxtları və imkanları olmasa da, dedi-qodu etmək üçün mütləq fürsət taparlar. Bəzən qapı

qarşısında qonşularla, bəzən də saatlarla telefon söhbətlərində bu mənzərəni görmək mümkündür.

Ancaq əhəmiyyətli olan odur ki, bu şəxslər dedi-qodudan dərin zövq alırlar. Çünki dedi-qodusu

edilən insan hörmətdən salınıb-alçaldılarkən dedi-qodunu edənlər özlərini üstün göstərməyə

çalışırlar. Bu səbəbdən, yığıncaqlarda danışa biləcəkləri bir çox faydalı və ya gözəl mövzu olduğu

halda, onlar israrla bəzilərinin dedi-qodusunu edirlər. Qonşuları, dostları, qohumları, yoldaşları, tele-

ulduzlar və hətta yoldan keçən insan belə bu dedi-qoduların qaynağı olur.

İnsanın eşitdiyində xoşlanmadığı söhbəti arxasınca danışmağın doğru olmadığını hər insan

bilir. Dedi-qodu edən insan da daxil olmaqla, heç kim bunun əksini iddia edə bilməz. Çünki,

həqiqətən, tənqidi mövzu varsa və bu mövzu o insana kömək etmək məqsədilə danışılırsa, ən doğru

hərəkət bu vəziyyəti həmin şəxsə bildirməkdir. Yoxsa hər kəslə vəziyyətin müzakirə edilməsində

və qınanan insanın vəziyyətdən xəbərdar edilməməsində yaxşı niyyət yoxdur. Üstəlik, dedi-qodu

edən insanlar həmin davranışın onlara qarşı da edilmə ehtimalının olduğunu bilər və bundan heç

xoşlanmazlar. Özləri haqqında mənfi danışılmasına çox həssaslıq göstərərkən, başqalarına qarşı

etdikləri bu çirkin rəftardan vaz keçməzlər. Ancaq Allah Quranda insanları qeybət etməkdən

çəkindirmiş və bunun Quran əxlaqına uyğun olmadığını bu şəkildə bildirmişdir:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır.

Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini

yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allah’dan qorxun! Həqiqətən, Allah tövbələri

qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Allah qorxusu olan insanlar əsla bir-birlərinin arxasınca danışıb qeybət etməzlər. Sevginin

və dostluğun əhəmiyyətli əlamətlərindən birinin qarşılarındakı insana dünyada və axirətdə fayda

verəcək şəkildə hərəkət etmək olduğunu bilərlər. Bu vəziyyətdə də əgər yanlış rəftar görərlərsə,

onun səhvini anlaması və bu səhvdən imtina etməsi üçün bunu həmin insana söyləyərlər.

Quran əxlaqından uzaq yaşayan insanlar arasında normal qarşılanan dedi-qodu görməzlikdən

gəlinən bir davranış deyil. Çünki dedi-qodu etməyi vərdiş halına gətirən insanın vicdanı fərqində

olmadan elə korlaşır ki, insan artıq bunun günah olduğunu belə hiss etməməyə başlayır və

çəkinmədən, hər fürsətdə dedi-qodu edir. Şübhəsiz, bu, şeytanın iman gətirməyən insanları

sürüklədiyi böyük bəladır.

Dedi-qodunun gətirdiyi nəticələrdən biri də, insanlar arasında dedi-qodu ilə düşmənçilik

toxumunun səpilməsidir. Dedi-qodu kini, hirsi və nifrəti alovlandırır. Çox kiçik mövzular dedi-qodu

səbəbindən qarşısıalınmaz problemlərin, mübahisə və mübarizələrin ortaya çıxmasına gətirib çıxara

bilər. Hətta qəzetlərdə də dedi-qoduya görə ailələrin dağılmasına və cinayətlərə dair xəbərlərə rast

gəlirik.

Dedi-qodu etmək çox pis əxlaq xüsusiyyəti olduğu kimi, eyni zamanda da insanların

vaxtlarının boş və məqsədsiz keçməsinə səbəb olur. Halbuki, sonsuz hökm və hikmət sahibi olan

Allah Quranda dedi-qodunu qadağan etdiyi kimi, boş vaxt keçirməyi də qadağan etmişdir. Allah’a

səmimi olaraq inanan insan dedi-qodu etməz və dedi-qodu edəni dinləməz, boş və ya faydasız olan

bir söz eşitdiyində isə o mühitdən ən gözəl tərzdə uzaqlaşar.

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, boş şeylərdən) üz döndərərlər. (Muminun

surəsi, 3)

Dedi-qodu etmək Allah’ın haram etdiyi bir hərəkət olduğu kimi, bu pisliyi edənlər Allah’ın

haram etdiyi insanların arasını vurmaq, kin və hirsə səbəb olmaq və boş vaxt keçirmək kimi başqa

günahları da etmiş olurlar.

Buna görə də, dedi-qodudan çəkinmək, dedi-qodu edilən mühitlərdən uzaqlaşmaq, dedi-

qoduya şahid olanda da bu səhvi uyğun şəkildə xatırlatmaq kübar və Quran əxlaqına uyğun davranış

Unutmaq olmaz ki, bir cəmiyyətdə dedi-qodu xəstəliyinin qarşısının alınmasının yeganə yolu

din əxlaqının insanlar arasında yayılmasının təmin edilməsidir. Din əxlaqının varlığı ilk öncə Allah

sevgisini özü ilə gətirəcəyi üçün bu, bütün insanlara müsbət və gözəl təsir edər. Hər kəs Allah’ın

razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər, hörmət edər.

Cəmiyyətə şəfqət, mərhəmət, xoş münasibət hakim olar. İnsanlar Allah’ın əmri yönündə xeyirlərdə

yarışar, imkan və vaxtlarını dedi-qodu etmək kimi boş işlərə deyil, xeyirli fəaliyyətə yönəldərlər.