Dünya tarixində 10 ən qəddar hökmdar

Tarixin ən qəddar hökmdarları ıçərisində Stalin Hitlerdən öndə gedir.

 

Dünya tarixində bir çox hökmdar başqa insanların əzab və iztirablarına tamamilə biganə yanaşırdılar, bəzi qəddar hökmdarlar belə əzablardan hətta həzz alırdılar və müəyyən sosial qrupları hər cür alçaltmaq və diskriminasiya etməyə çalışırdılar, bəzi kralların isə qəddar qəribəlikləri var idi. Aşağıda dünya tarixində iz buraxmış və bizim bu günümüzə təsir etmiş 10 ən qəddar hökmdarları təqdim edirik.

  • 10. Oliver Kromvel

    Oliver Kromvel – İngiltərənin 17-ci əsrdə siyasi və hərbi lideri. O, Şotlandiya və İrlandiya katoliklərinə qarşı nifrəti ilə tanınır. İrlandiyada Kromvelin qoşunları katolik din xadimləri də daxil olmaqla 3500-ə yaxın insanı qırıb. Onun əmri ilə Veksfordda daha 3500 insan qətlə yetirilib. Ümumilikdə, İrlandiya kampaniyası çərçivəsində təxminən 50 min insan qətlə yetirilmiş və didərgin salınmışdır. Şotlandiyanın Dandi şəhərində o, şəhər limanını məhv etmiş və 2 min insanı qətlə yetirmişdir.

  • 9. Maksimilian Robespyer

    Maksimilian Fransua Mari İsidor de Robespyer siyasətçi, natiq, hüquqşünas və, ümumilikdə, Fransa inqilabının çox vacib fiquru olub. Ən qəddar hökmdarlar siyahısında yer alması da təsadüfi deyil. O, Fransaya 40 min insanın həyatına son qoymuş “Terror Əsri”ndə rəhbərlik edib. Bir çox aristokrat, din xadimi, orta təbəqə təmsilçiləri və kəndlilər onun rəhbərliyi altında məhv edilmişlər. Özünəməxsus “ədalət məhkəməsinin” çoxsaylı aktlarını həyata keçirdiyinə görə Robespyerin 1794-cü ildə istintaqsız və məhkəmə hökmü olmadan boynu vurulmuşdur.

  • 8. İvan Qroznıy

    İvan Qroznıy və ya Dördüncü İvan Vasilyeviç – rus çarı, demək olar ki, indiki ərazisi çərçivəsində gördüyümüz müasir Rusiyanın yaradıcısıdır. Sibirin, Kazanın və digər daha geniş ərazilərin zəbt edilməsi, hakimiyyətin mərkəzləşdirilməsi və qanun toplusunun yaradılması – bunlar onu məşhur edən cuzi şeylərdir. Bundan daha məşhur olan onun qəddarlığıdır. Məsələn, Novqorodun mühasirəsi. Sakinlərin xəyanətindən və onların Polşa ilə sövdələşnəsindən şübhələnən çar şəhəri dairəsinə alan hündür divarın tikilməsini əmr edib – hər gün çarın əsgərləri şəhərdən 1500 təsadüfi adam seçib qətlə yetirirdilər.

  • 7. Üçüncü Vlad

    Üçüncü Vlad (Drakula) – zorakılıq və qətllərdən sözün əsl mənasında həzz alan Valaxiya hökmdarı. Onun qurbanlarının sayı 40 mindən 100 minədək ölçülür. Onun qəddarlığı o səviyyəyə çatmışdır ki, şəhəri zəbt etməyə gələn Türk ordusu şəhərdə çürüyən 20 min meyitə rast gəlib geri dönmüş və məqsədinə çatmamışdır.

  • 6. İdi Amin

    İdi Amin Dada – 1971-ci il çevrilişi nəticəsində hakimiyyətə gəlmiş Uqanda diktatorudur. Onun qurduğu rejim çox güclü iqtisadi böhran, korrupsiya, etnik qarşıdurmalar, amansız qətllər, siyasi repressiyalar və insanların haqq və azadlıqlarının tam məhv edilməsi ilə səciyyələndirilir. Onun qanlı hökmdarlıq dövründə 100 mindən 1,5 milyona qədər insan qətlə yetirilib. Amin ətrafdakılarını hər zaman xəyanətdə, eləcə də İsrail, SSRİ və Qərb dövlətlərinin xeyrinə cəsusluq etməkdə şübhəli bilib. O, Səudiyyə Ərəbistanında sürgündə vəfat edib.

  • 5. Pol Pot

    Pol Pot və ya Salot Sar – Kamboca siyasətçisi, “qırmızı kxmerlərin” rəhbəri və 1975-1979-cu illərdə Kampuçiya Demokratik Hökumətinin başçısı olub. “Ziyalı” və “burjuaziyaya” aid edilən Kamboca xalqının qanlı soyqırımı onun işidir. Cəmi 4-illik hökmdarlığı zaman o, Kamboca xalqının 20%-ni və ya 1,5 milyon insanı məhv edib.

  • 4. İkinci Leopold

    İkinci Leopold Belçikanın ikinci kralı və Konqo hökmdarı olub. O, atası Birinci Leopoldun vəfatından sonra 1865-ci ildə taxta çıxıb və hakimiyyəti əlində saxlaya bilib. Onun Konqodakı hökmdarlığı tarixdə ən qalmaqallılardan sayılır. Leopold Afrikada Belçikanın ərazisindən 76 dəfə böyük olan əraziləri zəbt etmişdir. Onun rejimindən 3 milyondan artıq Konqo vətəndaşı həlak olub.

  • 3. Adolf Hitler

    Təqdimata ehtiyacı olmayan insan – Faşist Almaniyasının hökmdarı və mərkəzi fiquru. Üçüncü Reyx adı ilə tanınan diktatura yaratmışdır. Onun siyasətçilərinin rəhbərliyi altında milyonlarla insan həlak olmuşdur. Yalnız Rusiyada İkinci Dünya müharibəsi illərində 20 milyon dinc əhali və 7 milyon əsgər həlak olmuşdur.

  • 2. İosif Stalin

    Araşdırmalara əsasən, onun qəddar rejimindən 3 milyondan artıq insan həlak olub. 800 min insan siyasi və kriminal xarakterli səbəblərdən edam edilmiş, 1,7 milyon insan əmək düşərgələrində ölmüş (QULAQ), 400 minə yaxın insan köçürmələr zamanı dünyasını dəyişmiş, 6 milyonu isə aclıqdan vəfat etmişdir.

  • 1. Mao Tszedun

    Bu qəddar hökmdarın Çini idarə etdiyi dövr ərzində ölkə əhalisinin 350 milyon nəfərə artmasına baxmayaraq, Mao Tszedun milyonların ölümünə görə məsuliyyətlidir. Onun hökmdarlığının ilk illərində bir neçə mülkədar-feodallar kəndlərindən çıxarılaraq edam edilmişdir. Nəticədə bu 700 min insanın ölümü ilə nəticələndi. 6 milyon insan isə əmək düşərgələrinə göndərilmişdir. Bir neçə ildən sonra, aclıq və “Böyük sıçrayış”ın digər şəraiti ucbatından, müxtəlif qiymətləndirmələrə görə, 15 milyondan 46 milyona qədər insan ölmüşdür. Ancaq bununla da Çin xalqının iztirabları bitmədi. 60-cı illərin mədəni inqilabı dövründə 100 milyona yaxın insan əzab-əziyyət çəkdilər.

Pərviz Müşərrəf Pakistana geri qayıdır

perviz-muserref.canli xeber

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf sabah ölkəsinə qayıdacağını bəyan edib.

“CNN-Türk”ün verdiyi məlumata görə, bu gün Dubayda keçirdiyi mətbuat konfransında P. Müşərrəf bildirib ki, nəyin bahasına olursa olsun, sabah ölkəsinə qayıdacaq: “Pakistanın inkişafı üçün və bütün spekulyasiyalara son qoymaq missiyası ilə ölkəmə qayıdıram”.
İçərisində P. Müşərrəf və onu müşayiət edən 240 nəfərin olduğu təyyarənin martın 24-də yerli vaxtla saat 15:00-da Pakistanın Karaçı şəhərinə enəcəyi gözlənilir.
Keçmiş baş nazir Benazir Bhutto və bugti tayfasının lideri Əkbər Xanı öldürməkdə ittiham olunan Pərviş Müşərrəf artıq 5 ildir ki, mühacirətdə yaşayır.
2010-cu ildə o, İslam Birliyi Partiyasını yaradıb və may ayında ölkəsində keçiriləcək parlament seçkilərdə həmin partiyanın namizədi kimi iştirak etmək niyyətindədir.
Talibanlar isə Pakistana gələcəyi təqdirdə P. Müşərrəfi öldürməklə hədələyirlər.

 

Azərbaycanda iki dəfə zəlzələ olub

CAMERA.canli xeber

Martın 22-də Azərbaycanda iki zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, birinci zəlzələ saat 12:32-də Nardarandan 48 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

İkinci zəlzələ isə saat 12:46-da Mingəçevir şəhərindən 15 km cənubda qeydə alınıb.

Bu zəlzələ də hiss olunmayıb.

İlkin Şərifov “94.000-ə satılmış vətən!” “Köşə”

ilkin

Mən Azərbaycanlıyam. Mənim öz dəyərlərim var. Mənim mənəviyatım tarixim var.  Mənim idealım var, mənim tarixim var. Mənim torpağım var, mənim yurdum var. Mənim prezidentim var, mənim adım var.

Bəs sən kimsən?

Sən Azərbaycanlısan amma hər fürsətdə Azərbaycana ləkə yaxırsan. Sənin dəyərlərin var ancaq qəbul etmirsən. Sənin mənəviyyatın var, tarixin var lakin Amerikaya qaçırsan. Sənin idealın var ancaq satıldığın ideal uğrunda mübarizə aparırsan. Sənin prezidentin var amma sən səfirliklərə qaçırsan.

Sənin və mənim aramda hansı fərqlərin olduğunu görürsənmi? Sənin satıldığın amerikaya mən prezidentimin yanında gedirəm.

Sən satıldqca gücdən düşürsən, yazıqlaşırsan. Sən kiminsə sifarişi uğrunda aksiya edirsən. Sən əsgərin şərəfini 94.000 azn-ə satırsan. Sən insanları xaosa, iğtişaşa təşviq edirsən. Sən ətrafındakılara azad seks təbliğ edirsən.

Mən səni tanıyıram. İkimizdə eyni ölkədə, eyni şəhərdə yaşayırıq, eyni yol ilə hərəkət edirik. Aramızdakı fərq isə “Mənim qəlbimdə Azərbaycan var, sənin qəlbində isə kim çox pul versə o!”

Əsər 100 min dollara satildi

napoleon.canli xeber

“Napoleon” əsərini alan şəxsin adı açıqlanmır

Azərbaycanlı rəssamın əsəri 100 000 dollara satılıb. Day.Az saytınln verdiyi xəbərə görə, azərbaycanlı rəssam Əşrəf Muradın “Napoleon” əsəri məşhur Sotheby’s hərrac evində 100 min dollara satılıb. Əsəri alan şəxs adının açıqlanmasını istəməyib.
Qeyd edək ki, Əşrəf Murad 1979-cu ildə dünyadan köçüb. O, ömrünün sonuna qədər emalatxanada yaşayıb və işləyib. Onun əsərlərinə ölümündən bir neçə il sonra qiymət verilib.